main-post-cover

    OpenAI 25 milyard dollar həcmində yeni investisiya əldə edə bilər

    Tech-Biznes
    30.01.2025
    Emil Nəcəfov
         Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Yaponiyanın SoftBank korporasiyası, ABŞ-da qabaqcıl süni zəka infrastrukturunun yaradılmasına yönəlmiş 500 milyard dollarlıq Stargate layihəsində iştirak etməklə yanaşı, OpenAI şirkətinə də 25 milyard dollar həcmində sinvestisiya yatırmağı planlaşdırır.
          Bloomberg-in məlumatına görə, SoftBank rəhbərliyi OpenAI ilə 15-25 milyard dollar arasında investisiya yatırımı üçün danışıqlar aparır. Bu məbləğ, SoftBank-ın Stargate layihəsinə ayırdığı 19 milyard dollardan əlavədir. Qeyd etmək lazımdır ki, indiyədək OpenAI şirkətinin ən böyük investoru təxminən 13 milyard dollar sərmayə qoymuş Microsoft şirkəti hesab olunur.
         SoftBank-ın rəhbəri Masayoshi Son, 2019-cu ildə OpenAI şirkətinin CEO-su Sam Altman ilə görüşərək 1 milyard dollar investisiya təklif etsə də, həmin vaxt razılıq əldə olunmamışdı. Daha sonra Vision Fund fondu vasitəsilə SoftBank, OpenAI-ya təxminən 500 milyon dollar investisiya yatırdı və keçən ay bu fond, OpenAI əməkdaşlarının səhmlərini 1,5 milyard dollar məbləğində almağı təklif etdi.
        Sentyabr ayının sonuna olan məlumata əsasən, SoftBank-ın təxminən 25 milyard dollar sərbəst vəsaiti və Arm kimi müxtəlif şirkətlərdə səhmləri mövcuddur. Masayoshi Son, Donald Trump-ın prezidentliyi dövründə ABŞ infrastrukturunun və iqtisadiyyatının inkişafına 100 milyard dollar investisiya yatırmağı planlaşdırır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
    deepseek-openai-melumatlarinin-ogurlanmasinda-subheli-bilinir
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
    donald-trump-ve-digerleri-deepseek-in-ugurlarini-yuksek-qiymetlendiribler
    OpenAI şirkətinin yeni süni zəka agenti internetdəki müxtəlif tapşırıqları yerinə yetirə bilir (VİDEO)
    openai-sirketinin-yeni-suni-zeka-agenti-internetdeki-muxtelif-tapsiriqlari-yerine-yetire-bilir-video
    Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
    donald-trump-stargate-adli-irimiqyasli-suni-zeka-layihesini-anons-edib