main-post-cover

    OpenAI şirkətinin yeni süni zəka agenti internetdəki müxtəlif tapşırıqları yerinə yetirə bilir (VİDEO)

    Proqram Təminatı
    24.01.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti Operator adlı yeni süni zəka agentini təqdim edib. Təqdim edilmiş bu yeni süni zəka agenti internetdəki tapşırıqları istifadəçinin əvəzinə yerinə yetirməyə istiqamətlənib. Operator veb səhifələrə baxmaq, müxtəlif virtual düymələrə klikləmək, mətn daxil etmək və s. əməliyyatları yerinə yetirmək üçün fərdi brauzerindən istifadə edir. Bu ona real insanın internetdə yerinə yetirdiyi əməliyyatları yerinə yetirmək imkanını verir. Operator xüsusi süni zəka modeli əsasında çalışır. Onun sahib olduğu süni zəka modeli özündə GPT-4o-nun imkanlarını və deep learning-i birləşdirir.
         Bunun sayəsində Operator veb səhifəni ekrandakı görüntü üzərindən görməklə yanaşı real insanın klaviatura və kompüter siçanından istifadəsi zamanı veb səhifə interfeysi ilə olan qarşılıqlı əlaqəsinin eynisini də yerinə yetirə bilir. Maraqlısı ondadır ki, Operator internetdəki tapşırıqları yerinə yetirməklə yanaşı özü öz səhivini düzəldə bilir. Nəyinsə yolunda getmədsiyi halda isə sistem bu və ya digər prosesin idarəsi imkanını istifadəçiyə ötürür. Bununla yanaşı bu və ya digər sayt şifrə kimi konfidensial məlumatın təqdim edilməsini tələb etsə, Operator bu məlumatın təqdim olunması üçün istifadəçidən icazə istəyəcək. Operator ilk növbədə ödənişli ChatGPT Pro-nun ABŞ-dakı istifadəçiləri üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
    donald-trump-stargate-adli-irimiqyasli-suni-zeka-layihesini-anons-edib
    ChatGPT katib imkanlarını əldə edib
    chatgpt-katib-imkanlarini-elde-edib
    ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar
    abs-dovlet-qurumlari-openai-sirketine-qarsi-olan-mehkeme-iddiasinda-elon-musk-in-terefini-tutublar
    Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
    microsoft-ve-openai-umumi-suni-zeka-agi-movzusunda-raziliga-gelibler
    ChatGPT-nin süni zəka əsaslı axtarış sistemini aldatmaq çox asandır
    chatgpt-nin-suni-zeka-esasli-axtaris-sistemini-aldatmaq-cox-asandir