DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
Süni İntellekt
30.01.2025
Emil Nəcəfov
Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib. Bu hadisə öz növbəsində böyük texnologiyalar bazarında inqilabi dəyişikliklərə yol aça bilər. Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, keçən il Silikon Vadisində keçirilmiş qapalı bir naharda, aparıcı süni zəka şirkətlərindən birinin baş direktoruna şirkətinin digər süni zəka modellər yaradan şirkətlərdən nə ilə fərqləndiyi soruşuldu. O, heç kimin onun qədər milyardlarla dollar toplaya bilmədiyini qeyd edərək, bunun onların üstünlüyü olduğunu bildirdi. Lakin DeepSeek, ABŞ-da bir süni zəka inkişaf etdirmə rəhbərinin maaşına bərabər bir büdcə ilə süni zəka modeli yaradaraq Meta kimi nəhəng texnoloji şirkətlərin panikaya düşmənlərinə səbəb oldu.
Bu irəliləyiş, süni zəka sahəsində güc balansının dəyişdiyini və texnologiya nəhənglərinin artıq zəmanətli qalib olmadığını göstərir. Bir neçə müddət bundan öncə OpenAI şirkəti tarixin ən böyük vençur investisiya raundunu (6.6 milyard dollar) reallaşdırmış, Meta şirkətinin CEO-su Mark Zuckerberg isə bu il Meta-nın süni zəka layihələrinə 65 milyard dollar ayıracağını bildirmişdi. Bu nəhəng investisiyalar indi israf kimi görünür. DeepSeek-in 20 yanvar tarixində təqdim etmiş olduğu R1 modeli ümumi olaraq cəmi 6 milyon dollara əldə edilmiş süni zəka çipləri sayəsində ərsəyə gətirilib. Bu isə OpenAI və Google kimi şirkətlərin bu mövzuda sərf etdikləri vəsaitlərlə müqayisədə çox azdır. R1, ChatGPT ilə eyni səviyyədədir və düşüncə zənciri ilə məntiqi nəticələr çıxara bilir. O, ABŞ, Böyük Britaniya və Kanadada tətbiq mağazalarında birinci yerləri tutaraq populyarlıq qazanıb. Açıq mənbə koduna malikdir, şəxsi istifadə üçün pulsuzdur və bizneslər üçün ucuzdur.
Bu, ABŞ-da çiplər, istedadlı mütəxəssislər və enerji infrastrukturu üçün sərf olunmuş milyardlarla dolların boşa getdiyini göstərirmi? Tam olaraq xeyr, lakin bu investisiyalar artıq kifayət deyil. DeepSeek göstərdi ki, süni zəka sahəsində gələcək qaliblər həm hesablama gücünə, həm də ABŞ-ın çip istehsalına qoyduğu məhdudiyyətlər şəraitində Çin şirkətlərinin inkişaf etdirmək məcburiyyətində qaldığı səmərəlilik innovasiyalarına ehtiyac duyacaqlar. Bazar ertəsi günü qlobal bazarın durumu həm Wall Street, həm də texnologiya şirkətlərinin süni zəka ilə bağlı ciddi "kor zonalara" malik olduğunu göstərir. DeepSeek-in artan imkanları artıq bir neçə aydır məlum idi. Lakin 1 ildən çoxdur ki, OpenAI, Anthropic və Google kimi şirkətlərin biznes modellərinin ətrafında müdafiə mexanizmlərinin olmadığı aydın idi. Müəssisələr və istehlakçılar asanlıqla birini digərinə dəyişə bilərdilər.
Bu vəziyyət artıq riskli idi və təxminən 2 il əvvəl Google mühəndisi məşhur bir qeyddə bu barədə xəbərdarlıq etmişdi. Buna baxmayaraq, OpenAI hələ də mənfəət əldə etmək üçün açıq bir yola sahib olmadan vəsait itkisi yaşamağa davam edir. Problem qismən ondan ibarət idi ki, Silikon Vadisinin nəhəngləri süni zəka mövzusunda "mənim modelim sənin modelindən böyükdür" kimi eqoist yarışlarda, reytinqlərdə birinci olmağa çox diqqət yetirirdilər və bu innovasiyaları müəssisələr və istehlakçılar üçün yaxşı düşünülmüş məhsullara çevirməyə daha az diqqət ayırırdılar. DeepSeek-in uğuru OpenAI kimi şirkətlər üçün müştərilərinin ehtiyaclarına diqqət yetirərək fərqlənməyə çağırış olmalıdır. Bu, hələ də süni zəka sahəsində üstünlük əldə etmək üçün onlara imkan yaradır. Burada istedad və üstünlük arzusu tükənmir.
Silikon Vadisinin nikbinliyini qorumaq üçün başqa bir səbəbi var. Cəmi bir neçə ay əvvəl texnologiya sənayesi süni zəka imkanlarının yaxınlaşan həddi barədə narahat idi, çünki miqyas qanunları süni zəka üçün maneələr yaradırdı. Lakin DeepSeek bunun belə olmadığını və bu məhdudiyyətləri aşmaq üçün yolların mövcud olduğunu göstərdi. Ən əsası, DeepSeek-in rəqabət mühitində yaratdığı dəyişiklikdir. ChatGPT-nin istifadəyə verilməsindən 2 il keçdikdən sonra böyük texnologiya şirkətləri generativ süni zəkanın inkişafından ən böyük mənfəət əldə etmiş tərəf oldular. Lakin süni zəkanın ucuzlaşması, sadəcə onun artırılması və ya yaxşılaşdırılması deyil, dünyanın qalan hissəsi üçün daha böyük əhəmiyyət kəsb edir ki, bunu texnologiya liderləri öz qapalı dairələrində qiymətləndirə bilmədilər. Kiçik təşkilatlar süni intellekt vasitəsilə böyük işlər görə bildikdə, bu, daha sağlam və dinamik bir bazar vəd edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq
Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq
Technote.az Techpowerup.com platformasına istinadən bildirir ki, Çin hökuməti ölkədə zəka infrastrukturunun və xidmətlərinin kompleksli inkişafına yönəlmiş AI Industry Development Action Plan adlı proqram hazırlayıb.
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib.
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb
Google Pixel 9a-nın satış qiymətləri açıqlanıb
Google şirkəti keçən ilin avqust ayında Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold daxil olmuşdular. Yaxın zamanda isə şirkət orta büdcəli Pixel 9a modelini təqdim etməlidir.
DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
Technote.az TechCrunch saytına istinadən bildirir ki, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı, yeni süni zəka modelinin təqdimatı ilə qlobal texnologiya bazarına böyük təsir göstərib.
Həftənin xəbərləri
Bu il nazik gövdəli smartfonların ili olacaq
Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub