openai

    Filterlə

    ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?

    OpenAI, ChatGPT modelini idarə edən GPT-4o üçün yeni bir yeniləmə yayımlayıb. Bu yeniləmə, süni intellektin mətn yazma bacarıqlarını artırır və yüklənmiş sənədlərlə daha əhatəli şəkildə işləməyi təmin edir.

    OpenAI gündəlik rutin işləri görəcək süni zəka üzərində çalışır

    Bloomberg saytının öz insayderlərinə istinadən vermiş olduğu məlumata əsasən OpenAI şirkəti öz yeni məhsulunu hazırlayır. Söhbət, ChatGPT-nin yeni versiyasından getmir.

    Elon Musk, OpenAI şirkətinə qarşı yeni məhkəmə iddiası qaldırıb

    Elon Musk bu ilin mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi.

    OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb

    ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti chat.com domenini əldə edib. Bu domen şirkətə 15.5 milyon dollara başa gəlib.

    ChatGPT-də internet üzərindən məlumatların axtarılması funksiyası istifadəyə verilib

    OpenAI şirkəti ChatGPT daxilində veb axtarış funksiyasını istifadəyə verib. Bu funksiya vasitəsilə istifadəçilər internetdəki məlumatları çat-bot üzərindən axtara biləcəklər.

    ChatGPT-yə axtarış düyməsi əlavə edilib!

    Süni intellekt həyatımızın daha çox sahəsinə daxil olduqca istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar əlavə edilir. Bu kontekstdə artıq ChatGPT istifadəçiləri keçmiş söhbətləri açar sözlərlə axtara biləcəklər.

    Tədqiqatçılar OpenAI-nin tibbdə istifadə olunan alətinin yalan söylədiyi barədə xəbərdarlıq ediblər!

    OpenAI-nin səs aləti Whisper, tibb mərkəzlərində xəstə müsahibələrini transkripsiya etmək üçün geniş istifadə olunur. Ancaq yeni hesabata görə, alət bəzən qeydlərdə olmayan ifadələr və səhv məlumatlar əlavə edə bilir.

    OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır

    OpenAI şirkəti Orion kod adına sahib yeni süni zəka modelini təqdim etməyə hazırlaşır. Bunun ya bu ilin sonuna kimi ya da gələn il baş tutacağı gözlənilir.