DeepSeek, OpenAI məlumatlarının oğurlanmasında şübhəli bilinir
Süni İntellekt
30.01.2025
Emil Nəcəfov
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Microsoft və OpenAI şirkətləri son həftələr ərzində ətrafında böyük səs-küy yaranmış DeepSeek şirkətinin OpenAI məlumatlarını oğurladığı ehtimalının olub-olmadığını yoxlayacaqlar. Microsoft-un təhlükəsizlik şöbəsinin mütəxəssisləri hələ payız fəslində aşkar etmişdilər ki, DeepSeek ilə əlaqəli ola biləcək bəzi şəxslər OpenAI API üzərindən böyük həcmli məlumatların əldə edilməsi sorğularını göndərirlər. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti API-dan istifadə imkanını pul qarşılığında satır və kənar tərtibatçılar ondan istifadə edərək OpenAI şirkətinin süni zəka modellərini öz məhsullarına inteqrasiya edə bilirlər.
OpenAI şirkətinin əsas texnoloji partnyoru və ən böyük investoru qismində çıxış edən Microsoft öz növbəsində şirkəti bu hal barəsində məlumatlandırıb. Bu cür fəaliyyət növü OpenAI şirkətinin xidmət şərtlərini poza və ya DeepSeek-in OpenAI müştəriləri tərəfindən əldə edə biləcəkləri məlumatların həcmləri mövzusunda olan məhdudiyyətdən yan keçməyə çalışmasına işarə edə bilər. Qeyd etmək lazımdır ki, Çində fəaliyyət göstərən DeepSeek şirkəti bir neçə müddət bundan öncə məntiq yürüdə bilən R1 adlı süni zəka modelini təqdim etdi və istifadəyə verdi. Nəticədə bu süni zəka modeli bazarda böyük səs-küyə səbəb oldu. Səbəb isə ondadır ki, OpenAI, Google və Meta kimi şirkətlərin öz süni zəka modellərinin hazırlanması və inkişaf etdirilməsi üçün milyardlarla dollar vəsait sərf etdikləri halda DeepSeek bu prosesləri çox məhdud resurs çərçivəsində reallaşdıra bilib.
DeepSeek-in sözlərinə əsasən R1 bəzi vacib testlərdə ChatGPT-ni və Google Gemini-ni geridə qoyur. Burdan da belə qənaətə gəlmək olar ki, ABŞ-ın süni zəka sahəsindəki hegemonluğu üzərində potensial təhlükə riski yaranmış ola bilər. 28 yanvar tarixində ABŞ prezidenti Donald Trump-ın süni zəka məsələləri üzrə baş məsləhətçisi David Sacks qeyd etdi ki, DeepSeek texnologiyasının hazırlanması çərçivəsində OpenAI modellərindən istifadəyə dair ciddi sübutlar mövcuddur. David Sacks həmçinin distillə üsulundan da danışıb. Bu, oxşar imkanları inkişaf etdirmək məqsədilə bir süni zəka modelinin digər süni zəka modelinin məlumatlarından istifadə etməsi üsuludur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib
DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib
Technote.az Engadget saytına istinadən bildirir ki, İtaliyanın məlumatların qorunması üzrə tənzimləyici orqanı Garante, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek şirkətinin süni zəka modelinin şəxsi məlumatlardan istifadəsi ilə bağlı məlumat tələb edir.
DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib.
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib.
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"
Donald Trump: "Microsoft TikTok-u əldə etmək üçün danışıqlar aparır"
Technote.az Reuters platformasına istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trump, Microsoft-un TikTok-u əldə etmək üçün danışıqlar apardığını təsdiqləyib və bu prosesdə bir çox iştirakçının təklif verəcəyini gözlədiyini bildirib.
Həftənin xəbərləri
Bu il nazik gövdəli smartfonların ili olacaq
Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub