main-post-cover

    DeepSeek, İtaliyada tənzimləyici orqanın nəzərinə tuş gəlib

    Proqram Təminatı
    30.01.2025
    Emil Nəcəfov
         Technote.az Engadget saytına istinadən bildirir ki, İtaliyanın məlumatların qorunması üzrə tənzimləyici orqanı Garante, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek şirkətinin süni zəka modelinin şəxsi məlumatlardan istifadəsi ilə bağlı məlumat tələb edir. Garante, toplanan şəxsi məlumatların növləri, mənbələri, məqsədləri, toplanmasının hüquqi əsasları və məlumatların Çində saxlanılıb-saxlanılmadığı barədə məlumat istəyir. DeepSeek və əlaqəli şirkətlərə cavab vermək üçün 20 gün müddət verilib. Bu, Çin startapına qarşı ilk tənzimləyici addımlardan biridir.
        Garante bildirib ki, o, DeepSeek-in Hançjou və Pekindəki ofisləri ilə əlaqə saxlayaraq süni zəka əsaslı çat-botun hansı şəxsi məlumatları topladığı barədə məlumatın təqdim edilməsini istəyib. Qurum, məlumatların toplanmasının məqsədlərini və onların fiziki olaraq Çində yerləşən serverlərdə saxlanılıb-saxlanılmadığı barəsində maraqlanıb. DeepSeek-in konfidensiallıq siyasətində həqiqətən də qeyd edilib ki, servis istifadəçinin yaşadığı ölkə ilə bağlı şəxsi məlumatlarını ötürür və onları "Çin Xalq Respublikasında yerləşən təhlükəsiz serverlərdə" saxlayır.
       Bununla belə, qeyd olunur ki, "bu, qüvvədə olan məlumatların qorunması qanunlarının tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir". İtaliyanın tənzimləyici orqanı həmçinin DeepSeek süni zəka sisteminin təlimatlandırılması üçün hansı məlumatların istifadə edildiyi sorğusunu göndərib. Əgər veb-səhifələrin skan edilməsi həyata keçirilirsə, o zaman qeydiyyatdan keçmiş və keçməmiş istifadəçilərə şəxsi məlumatlarının emalı barədə hansı şəkildə məlumat verildiyinin açıqlanması tələb edilib.
        ABŞ-da isə rəsmilər tətbiqin milli təhlükəsizlik təsirlərini araşdırırlar. DeepSeek, OpenAI şirkətinin ChatGPT çat-botunu geridə qoyaraq Apple App Store mağazasının ABŞ regionu üzrə versiyasında ən populyar pulsuz süni zəka köməkçisi kimi siyahıya düşüb. Tətbiq aktiv şəkildə istifadəçilər tərəfindən yüklənilərək istifadə edilir. İtaliyanın Garante orqanı süni zəkanın istifadəsi ilə bağlı Avropanın ən aktiv nəzarətçilərindən biridir və 2023-cü ildə məxfilik qaydalarının pozulması şübhəsi ilə ChatGPT-nin istifadəsini qısa müddətlik qadağan etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
    deepseek-fotolarin-tertibati-ucun-suni-zeka-modelini-teqdim-edib
    DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
    deepseek-in-yukselisi-ile-nvidia-nin-bazar-deyeri-600-milyard-dollar-azalib
    DeepSeek ChatGPT-ni geridə qoyaraq Apple App Store-da birinci oldu
    deepseek-chatgpt-ni-geride-qoyaraq-apple-app-store-da-birinci-oldu
    Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
    cinin-suni-intellekt-aleti-deepseek-texnoloji-tereqqi-yoxsa-nezaret-mexanizmi