DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
Süni İntellekt
28.01.2025
Emil Nəcəfov
Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib. Şirkətin iddiasına görə, bu açıq mənbəli model, DALL-E 3, PixArt-alpha və Stable Diffusion XL kimi mövcud həllərdən daha üstün performans sərgiləyir.
Janus Pro modeli 1 milyarddan 7 milyardadək parametrlərə malik versiyalarda təqdim olunur. Ən güclü versiya olan Janus Pro 7B, GenEval və DPG-Bench kimi testlərdə yüksək nəticələr əldə edib. Şirkətin bəyanatında deyilir: "Janus Pro əvvəlki universal modelləri üstələyir və digər şirkətlərin ixtisaslaşmış həlləri ilə müqayisə edilə bilər. Sadəlik, çeviklik və səmərəlilik bizim süni zəka modelimizi yeni nəsil multimodal sistemlər üçün namizəd edir."
Janus Pro-nun arxitekturası yalnız fotolar tərtib deyil, həm də onları analiz etməyə imkan verir. Lakin hazırkı versiya 384x384 piksel ölçüsündə fotolar tərtib bilir ki, bu da müasir modellərin standartlarından aşağıdır. Buna baxmayaraq, rəqiblərlə müqayisədə kompakt süni zəka modelləri üçün bu nəticələr heç də pis deyil.
DeepSeek-in uğuru, onun çat-botunun App Store-un tətbiqlər siyahısında birinci yeri tutmasından sonra geniş diqqət çəkdi. High-Flyer Capital Management tərəfindən maliyyələşdirilən və enerjiyə qənaət edən təlim metodlarından istifadə edən bu startap, Wall Street analitikləri və İT mütəxəssisləri arasında ABŞ-ın süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyinə dair şübhələr yaradıb. Bəziləri həmçinin süni zəka üçün çiplərə olan cari yüksək tələbatın davam edib-etməyəcəyini sual edirlər, çünki DeepSeek tamamilə fərqli yanaşmalardan istifadə edib.
Ekspertlər qeyd edirlər ki, Janus Pro-nun inqilabi xüsusiyyəti onun universallığındadır. O, analiz və yaradıcı funksiyaları birləşdirir ki, bu da bu ölçüdə modellər üçün nadirdir. Tərtib edilən fotolar keyfiyyət baxımından hələ DALL-E 3 səviyyəsinə çatmasa da, açıq lisenziya və adaptivlik Janus Pro-nun kommersiya layihələrində tətbiqini sürətləndirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Donald Trump və digərləri DeepSeek-in uğurlarını yüksək qiymətləndiriblər
Technote.az Reuters platformasına istinadən bildirir ki, Çinin süni zəka startapı DeepSeek-in yeni süni zəka modelinin təqdimatı investorlar arasında ABŞ şirkətlərinin süni zəka sahəsində liderliyini qoruyub saxlaya biləcəyi ilə bağlı şübhələr yaradıb. Bu modelin daha az resursla yüksək performans əldə etməsi diqqət çəkib.
DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
Technote.az TechCrunch saytına istinadən bildirir ki, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı, yeni süni zəka modelinin təqdimatı ilə qlobal texnologiya bazarına böyük təsir göstərib.
DeepSeek ChatGPT-ni geridə qoyaraq Apple App Store-da birinci oldu
DeepSeek ChatGPT-ni geridə qoyaraq Apple App Store-da birinci oldu
Technote.az Mashable platformasına istinadən bildirir ki, Çinin süni zəka tətbiqi DeepSeek, qısa müddət ərzində Apple App Store-da böyük uğur qazanaraq birinci yerə yüksəlib. Bu, süni zəka bazarındakı mövcud rəqabətin nə qədər intensiv olduğunu və DeepSeek-in ChatGPT kimi məşhur rəqibləri geridə qoymaq qabiliyyətini nümayiş etdirir.
Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
Technote.az BBC News platformasına istinadən bildirir ki, Çin hökumətinin nəzarəti altında hazırlanmış süni zəka çat-botu DeepSeek, ölkədə texnologiyanın inkişafı və nəzarət sistemlərinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
High-Flyer adlı fondun sahibi olan çinli milyarder Liang Wenfeng süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı işə salıb. Sözügedən startap məhdud büdcə və texniki resurs şəraitində aparıcı süni zəka modellərinin hazırlanması ilə məşğul olur və digərlərindən fərqli olaraq bunu necə etdiyi barəsində ətraflı məlumat verir.
Həftənin xəbərləri
Bu il nazik gövdəli smartfonların ili olacaq
Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub