main-post-cover

    GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb

    Tech-Biznes
    23.05.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti bir neçə müddət bundan öncə GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi. Similarweb saytının statistikasına əsasən isə GPT-4o-nun təqdimatından sonrakı 2 gün ərzində ChatGPT-nin saytına daxil olmuş istifadəçilərin ümumi sayı 100 milyondan çox olub. May ayının ilk 17 günü ərzindəki statistika əsasında hazırlanmış proqnoza əsasən ChatGPT-nin bir aylıq istifadəçi kütləsi 2 milyard insanı keçə bilər. Qeyd etmək lazımdır ki, bu mövzuda daha öncəki rekord 2023-cü ilin may ayında qeydə alınmışdı.
         Belə ki, həmin vaxtda ChatGPT-nin aylıq aktiv istifadəçi kütləsi 1.8 milyard insan idi. Məlumata əsasən may ayının ilk 17 günü ərzində ChatGPT-nin ortalama günlük trafiki 17.8 milyon istifadəçi təşkil edib. Əgər bu temp olduğu kimi qalsa, may ayının yekunu üzrə ChatGPT-nin aylıq istifadəçi kütləsi 2.3 milyard insan təşkil edəcək. Hətta əgər may ayının sonunda trafik aşağı düşsə belə, istifadəçi kütləsinin 2 milyard insanı keçmə ehtimalı çox yüksəkdir. Qeyd etmək lazımdır ki, GPT-4o-nun zəka səviyyəsi GPT-4-ün zəka səviyyəsində olsa da, mətn, foto və audio ilə çalışma mövzusunda daha geniş imkanlara sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
    meshur-aktrisa-chatgpt-deki-sesin-oz-sesi-oldugunu-iddia-edib
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    "GPT-4o"nun heyrətamiz xüsusiyyəti OpenAI-dan əvvəl Google tərəfindən nümayiş etdirilib!
    gpt-4onun-heyretamiz-xususiyyeti-openai-dan-evvel-google-terefinden-numayis-etdirilib
    GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
    gpt-4o-teqdim-edildikden-sonra-duolingo-nun-sehmleri-ucuzlasmaga-baslayib
    OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
    openai-novbeti-guclu-suni-zeka-modeli-olan-gpt-4o-nu-teqdim-edib-video