main-post-cover

    GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!

    Tech-Biznes
    14.05.2024
    Farid Pardashunas

         OpenAI-nin yeni süni intellekt modeli GPT-4o, ChatGPT istifadəçiləri üçün pulsuz olaraq təqdim edilib. Duolingo-nun səhmləri yeni çox rejimli "GPT-4o"nun təqdim edilməsindən sonra ucuzlaşmağa başlayıb.

         ChatGPT, Dall-E, Sora Whisper kimi süni intellekt alətlərini təqdim edən OpenAIGPT-4o ilə onların hamısını bir dil modelində toplamağa başladı. Beləliklə, mətn, audio görüntü rejimləri vahid bir süni intellekt modeliylə istifadə edilə bilən vəziyyətə gəldi. Bu, nəinki son dərəcə sürətli və ardıcıl nəticələr verir, həmçinin süni intellektin imkanları da böyük dərəcədə artır. Bu imkanlardan biri də real vaxt rejimində dərhal tərcümə etmək bacarığıdır. Buna görə də, GPT-4o təqdim edildikdən sonra Duolingo-nun səhmlərinin 5 faiz ucuzlaşmağı heç də təəccüblü hadisə olaraq hesab olunmur.
         Məlum olduğu kimi, Duolingo dünyanın ən böyük dil öyrənmə tətbiqlərindən biridir. Milyonlarla insanın istifadə etdiyi bu tətbiq öz istifadəçilərini motivasiyanı yüksək tutmağa və dil öyrənmə oyununu həyata keçirərək müntəzəm məşq etməyə təşviq edir. Duolingo, həmçinin dil biliklərinizi sənədləşdirməyə imkan verən dil sertifikatı da təklif edir. Bundan əlavə, Duolingo səhvləri izah etmək və nitqlə məşğul olmaq üçün GPT-4 texnologiyasından istifadə edən "Duolingo Max" adlı abunəliyi də istifadəçilərinə təklif edir. Bu xüsusiyyət hazırda yalnız ingilisdilli iOS istifadəçiləri üçün fransız və ispan dillərini öyrənərkən əlçatandır.
         OpenAI-nin GPT-4o modelindən sonra Duolingo üçün həyəcan vəziyyətinin olduğunu deyə bilərik. Çünki GPT-4o Duolingo-nun edə biləcəyi hər şeyi və daha çoxunu edə bilər. Əgər dil öyrənmək istəsəniz, GPT-4o tərəfindən dəstəklənən ChatGPT ilə video və ya səslə danışa, suallar verə və ondan sizə obyektləri və işarələri izah etməsini xahiş edə biləcəksiniz. Digər tərəfdən, deyə bilərik ki, "GPT-4o"dan sonra dil öyrənməyin əhəmiyyəti həmişəkindən daha aşağı oldu. Çünki süni intellekt real vaxtda tərcüməni anında edə bilir və bunu sanki yanınızda əsl insan tərcüməçi oturmuş kimi edir. GPT-4o, tək dil öyrənmə xüsusiyyəti ilə məhdudlaşmır. OpenAI-nin yeni modeli GPT-4o, riyaziyyat və flirt də öyrədə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
    openai-novbeti-guclu-suni-zeka-modeli-olan-gpt-4o-nu-teqdim-edib-video
    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
    apple-ios-18-de-chatgpt-nin-istifadesi-movzusunda-openai-ile-raziliga-gelib
    OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
    openai-9-may-tarixinde-chatgpt-esasli-axtaris-sistemini-teqdim-ede-biler
    ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
    chatgpt-istifadeci-melumatlarini-yaddasda-saxlama-funksiyasini-elde-edib
    Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
    bir-istifadeci-dogum-tarixini-yanlis-teqdim-etdiyine-gore-chatgpt-ni-mehkemeye-verib