main-post-cover

    Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!

    Sosial Media
    21.05.2024
    Farid Pardashunas

         OpenAI tərəfindən süni intellekt səsləndirməsi üçün məşhur aktrisa Scarlett Johansson-un səsindən istifadə edilməsi iddiası sosial mediada gündəmə səbəb olub.

         Scarlett Johansson açıqlamasında bildirib ki, OpenAI-nin baş direktoru Sam Altman, keçən ilin sentyabrında ona səsindən istifadə etmək təklifi edib. Altman, Johansson-un səsinin süni intellektlə insanlar arasında körpü qura biləcəyini və bu böyük dəyişiklik qarşısında insanları arxayınlaşdıra biləcəklərini söyləyib. Lakin uzun müddət düşündükdən sonra, Johansson şəxsi səbəblərdən dolayı bu təklifi rədd edib. Johansson, açıqlamasında "Doqquz ay sonra dostlarım, ailəm və geniş ictimaiyyət yeni sistemin mənim səsimə nə qədər oxşar olduğunu başa düşdükdə şok oldum. Düşündüm ki, Altman bu oxşarlığı qəsdən edib." sözlərini deyib. Bu nöqtədə Johansson oxşarlığın qəsdən olduğunu düşündüyü üçün hüquq məsləhətçiləri ilə məsləhətləşməli olub.
         OpenAI, "Sky" səsinin Scarlett Johansson-a aid olmadığını və bənzərliyin qəsdən edilmədiyini bildirib. CEO Sam Altman, "Sky" səsini tanıtmadan əvvəl Johansson-a daha bir təklif etdiklərini, lakin cavab ala bilmədiklərini söyləyib. Sam Altman, açıqlamasında deyib: "Sky-ın səsi Scarlett Johanssona aid deyil və ona bənzəmək üçün nəzərdə tutulmayıb. Sky-ı səsləndirən aktyor Johansson ilə əlaqəyə keçilməzdən əvvəl seçilib. Yenə də biz hörmət çərçivəsində Sky səsindən istifadə etməyi dayandırdıq”. "Sky" səsinin təqdimatı zamanı onun təbəssümü və nazlı tonda sözləri diqqət çəkib və bu, sosial mediada böyük səs-küyə səbəb olub. OpenAI-nin yeni GPT-4o dil modelini təqdim edərkən istifadə etdiyi bu səs, bir çox insan tərəfindən Scarlett Johansson-un səsi ilə müqayisə edilib. Treylerdə "Sky" səsi bir OpenAI əməkdaşına "Wow, siz nə gözəl paltar geyinmisiniz!" və "Dayanın, məni utandırırsınız" kimi ifadələr istifadə etmişdi. Bu vəziyyət, bir çox insan tərəfindən “Her” filmində Johansson-un səsləndirdiyi virtual köməkçi Samanta-ya bənzədilib.
         Johansson açıqlamasında deyib: “Sam Altman mənə bu təklifi təqdim edəndə texnoloji yeniliklər vasitəsilə insanlar arasında emosional bağ qura biləcəyimi düşündüyünü söylədi. Ancaq bu təklifin rədd edilməsindən doqquz ay sonra, dostlarım və ictimaiyyət yeni sistemin mənə nə qədər bənzədiyini anlayanda şoka düşdüm". OpenAI, süni intellekt sistemlərində şəxsi hüquqların qorunması barəsində daha diqqətli olacaqlarını bildirib. Johansson isə bu hadisədən sonra daha çox şəffaflıq və hüquqi tənzimləmələrə ehtiyac olduğunu vurğulayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
    gpt-4o-teqdim-edildikden-sonra-duolingo-nun-sehmleri-ucuzlasmaga-baslayib
    OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
    openai-novbeti-guclu-suni-zeka-modeli-olan-gpt-4o-nu-teqdim-edib-video
    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
    apple-ios-18-de-chatgpt-nin-istifadesi-movzusunda-openai-ile-raziliga-gelib
    OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
    openai-9-may-tarixinde-chatgpt-esasli-axtaris-sistemini-teqdim-ede-biler