main-post-cover

    OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib

    Süni İntellekt
    12.02.2024
    Emil Nəcəfov

         OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.

         Kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Altman artıq potensial investorlarla və o cümlədən Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilə bu mövzuda danışıqlar aparır.

         Bu üsulla o, süni zəka çiplərinə sürətlə artan tələbatın ödənilməsi üçün qlobal istehsalat güclərini artırmaq istəyir. Altman daha öncə də qeyd etmişdi ki, süni zəka çiplərinin çatışmazlığı OpenAI şirkətinin inkişafını ləngidir. Onun fikrincə süni zəka üçün irimiqyaslı infrastrukturun yaradılması gələcəkdəki texnoloji rəqabət yolunda kritik vacib məsələdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
    openai-yeni-suni-zeka-sistemleri-uzerinde-calisir
    Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
    herbi-simulyasiyalarda-suni-zeka-nuve-silahindan-istifadeye-ustunluk-verib
    Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
    avropa-birliyi-dovletleri-suni-zekanin-tenzimlenmesi-qanununu-tesdiqleyibler
    ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
    gpt-4-un-bioloji-silah-yaradilmasinda-yardimci-olma-riski-movcuddur
    Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
    microsoft-ceo-su-satya-nadella-suni-zeka-ile-bagli-bezi-fikirlerini-seslendirib