OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
Süni İntellekt
09.02.2024
Emil Nəcəfov
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti yeni proqram təminatı üzərində çalışır və hazırlanan bu yeni proqram təminatı daha öncə insanların iştiraklarını tələb edən daha çox tapşırığı yerinə yetirə biləcək. Məlumatda qeyd edilib ki, hazırlanan bu cür süni zəka iki növə bölünəcək və onlar perspektivdə bəzi peşələrin nümayəndələrini tamamilə əvəz edə biləcəklər. Məlumata əsasən birinci növ süni zəka sistemi müxtəlif cihazlar və tətbiqlər ilə bağlı qəliz tapşırıqların avtomatlaşdırılmasında istifadə ediləcək.
Məsələn sistem məlumatları bir sənəddən elektron cədvələ köçürə və ya xərclər ilə bağlı hesabatları hazırlayaraq həmin məlumatları mühasibat ilə bağlı proqram təminatına yerləşdirə bilər. Adətən bu cür proseslər kompüter klaviaturasının düymələrindən və mouse-dan istifadəni tələb edirlər. Müvafiq olaraq insanın iştirakı şərtdir. İkinci növ süni zəka isə online tapşırıqların yerinə yetirilməsinə istiqamətlənəcək. Söhbət, məlumatların yığılmasından, səyahət marşrutlarının tərtib edilməsindən və təyyarə biletlərinin bronlaşdırılmasından gedir. OpenAI şirkətinin bu yeni süni zəka məhsullarının nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur. Lakin bəzi məlumatlara əsasən şirkət bu məhsullar üzərində artıq 1 ildən çoxdur çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
OpenAI şirkəti özünün GPT-4 dil modelinin bioloji silahın yaradılmasında istifadəsi risklərini qiymətləndirmək üçün araşdırma aparıb.
ChatGPT-nin Avropa Birliyinin konfidensiallıq qaydalarını pozduğu iddia edilir
ChatGPT-nin Avropa Birliyinin konfidensiallıq qaydalarını pozduğu iddia edilir
İtaliya Məlumatların Müdafiəsi İdarəsi (DPA) belə qənaətə gəlib ki, OpenAI şirkətinin süni zəka əsaslı məşhur ChatGPT çat-botu Avropa Birliyinin özəl məlumatın konfidensiallığına hədəflənmiş GDPR (General Data Protection Regulation) adlı reqlamentinin tələblərinə cavab vermir.
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
ChatGPT yenilənmə sayəsində daha "əməksevər" olub
ChatGPT yenilənmə sayəsində daha "əməksevər" olub
OpenAI şirkəti GPT-4 Turbo dil modeli üçün böyük yenilənməni istifadəyə verib.
OpenAI daxilində süni zəka idarəsi ilə bağlı yeni tədqiqat qrupu formalaşdırılıb
OpenAI daxilində süni zəka idarəsi ilə bağlı yeni tədqiqat qrupu formalaşdırılıb
OpenAI şirkəti öz tərkibində Collective Alignment adlı yeni tədqiqat qrupunun formalaşdırıldığını elan edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!