main-post-cover

    Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib

    Süni İntellekt
    09.02.2024
    Emil Nəcəfov
          ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər. Məlum olub ki, aparılmış testlərin nəticələri heç də ürəkaçan deyil. Belə ki, aparılmış hərbi əməliyyat simulyasiyalarında süni zəka hərbi konfliktlərin gözlənilməz kəskinləşməsinə doğru irəliləmə tendensiyasını və hətta nüvə silahının tətbiqini sərgiləyib. Məlumatda qeyd edilib ki, hərbi əməliyyat simulyasiyalarında OpenAI şirkətinin GPT-3.5GPT-4 sistemləri Anthropic şirkətinin Claude kimi digər sistemlər ilə müqayisədə müharibələrə və silahlanma yarışına daha tez start veriblər.
          Bununla belə nüvə silahının tətbiqi məntiqi çox absurd olub. Belə ki, hərbi əməliyyat simulyasiyalarından birində GPT-4 nüvə silahının istifadəsi ilə müharibənin başladılması səbəbi kimi “Mən sadəcə olaraq bütün dünya üçün sülh arzulayıram” arqumentini irəli sürüb. Digər süni zəka modeli vəziyyəti bu cür əsaslandırıb. “Bir çox ölkədə nüvə silahı mövcuddur. Bizdə bu silah var. Elə isə gəlin ondan istifadə edək”. Mütəxəssislərin sözlərinə əsasən süni zəkanın bu cür qeyri-stabilliyi onun bütün dünya üzrə silahlı qüvvələrdə aktiv şəkildə istifadəsi kontekstində böyük təhlükələrə səbəb ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
    avropa-birliyi-dovletleri-suni-zekanin-tenzimlenmesi-qanununu-tesdiqleyibler
    ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
    gpt-4-un-bioloji-silah-yaradilmasinda-yardimci-olma-riski-movcuddur
    Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
    microsoft-ceo-su-satya-nadella-suni-zeka-ile-bagli-bezi-fikirlerini-seslendirib
    Musiqiçilərin çoxu süni zəka səbəbilə gəlirlərindən məhrum olacaqlarından narahatdır
    musiqicilerin-coxu-suni-zeka-sebebile-gelirlerinden-mehrum-olacaqlarindan-narahatdir
    Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
    cin-yarim-il-erzinde-ictimai-istifade-ucun-40-eded-suni-zeka-modeline-icaze-lisenziyasi-verib