DeepSeek-in yüksəlişi ilə NVIDIA-nın bazar dəyəri 600 milyard dollar azalıb
Tech-Biznes
28.01.2025
Emil Nəcəfov
Technote.az TechCrunch saytına istinadən bildirir ki, Çinin süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı, yeni süni zəka modelinin təqdimatı ilə qlobal texnologiya bazarına böyük təsir göstərib. DeepSeek-in yeni süni modeli, yüksək səviyyəli və bahalı çiplərə ehtiyac olmadan oxşar nəticələr əldə edə bildiyini iddia edir. Bu isə süni zəka üçün yüksək performanslı çiplər istehsal edən NVIDIA kimi şirkətlərin bazar dəyərinə ciddi təsir edib.
DeepSeek, süni zəka sahəsində yeni bir model təqdim edərək, mövcud qabaqcıl modellərə rəqib olduğunu iddia edir. Ənənəvi olaraq, belə modellərin hazırlanması üçün yüksək səviyyəli və bahalı çiplər tələb olunur. Lakin DeepSeek-in yeni modeli, daha aşağı performanslı çiplərdən istifadə edərək oxşar nəticələr əldə etdiyini bildirir. Bu iddia, süni zəka sahəsinə böyük investisiyalar yatıran şirkətlər arasında narahatlığa səbəb olub.
Bu yeniliyin ardından, NVIDIA-nın səhmləri əhəmiyyətli dərəcədə dəyər itiriblər. Şirkətin bazar dəyərində 600 milyard dollara yaxın azalma müşahidə edilib. Bu, süni zəka üçün yüksək performanslı çiplər istehsal edən NVIDIA kimi şirkətlərin gələcəkləri ilə bağlı investorların narahatlığını əks etdirir. Bəzi analitiklər, bu reaksiyanın həddindən artıq olduğunu düşünürlər. Onlar qeyd edirlər ki, süni zəka modellərinin daha səmərəli hala gəlməsi, əslində, ümumi tələbatı artıraraq, belə çiplərə olan ehtiyacı daha da yüksəldə bilər.
Maraqlısı ondadır ki, bütün bunlar ABŞ-ın keçmiş prezidenti Joe Biden-in kjonkret bir qanun layihəsini imzalamasından 1 həftə sonra yaşanır. Məsələ burasındadır ki, keçmiş prezident Joe Biden, ABŞ-da istehsal edilmiş aparıcı süni zəka çiplərinin müəyyən ölkələrə eksport olunmasının məhdudlaşdırılması ilə bağlı qanun layihəsini imzalamışdı. Bu cür ölkələrin arasında Çin də var. DeepSeek isə öz növbəsində məhz Çində fəaliyyət göstərən bir şirkətdir. Görünür, ABŞ-ın keçmiş prezidenti tərəfindən təyin edilmiş məhdudiyyət DeepSeek üçün heç bir problem yaratmayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek ChatGPT-ni geridə qoyaraq Apple App Store-da birinci oldu
DeepSeek ChatGPT-ni geridə qoyaraq Apple App Store-da birinci oldu
Technote.az Mashable platformasına istinadən bildirir ki, Çinin süni zəka tətbiqi DeepSeek, qısa müddət ərzində Apple App Store-da böyük uğur qazanaraq birinci yerə yüksəlib. Bu, süni zəka bazarındakı mövcud rəqabətin nə qədər intensiv olduğunu və DeepSeek-in ChatGPT kimi məşhur rəqibləri geridə qoymaq qabiliyyətini nümayiş etdirir.
Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
Çinin süni intellekt aləti DeepSeek: Texnoloji tərəqqi, yoxsa nəzarət mexanizmi?
Technote.az BBC News platformasına istinadən bildirir ki, Çin hökumətinin nəzarəti altında hazırlanmış süni zəka çat-botu DeepSeek, ölkədə texnologiyanın inkişafı və nəzarət sistemlərinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
High-Flyer adlı fondun sahibi olan çinli milyarder Liang Wenfeng süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı işə salıb. Sözügedən startap məhdud büdcə və texniki resurs şəraitində aparıcı süni zəka modellərinin hazırlanması ilə məşğul olur və digərlərindən fərqli olaraq bunu necə etdiyi barəsində ətraflı məlumat verir.
NVIDIA GeForce RTX 5090 Ti videokartı barəsində ilk məlumatlar verilib
NVIDIA GeForce RTX 5090 Ti videokartı barəsində ilk məlumatlar verilib
NVIDIA şirkəti bu ayın əvvəlində GeForce RTX 5090, RTX 5080, RTX 5070 və RTX 5070 Ti videokartlarını təqdim etdi. Çinin Chiphell adlı internet forumunun istifadəçilərindən birinin vermiş olduğu məlumata əsasən o, NVIDIA-nın RTX 5090-dan daha güclü olan yeni videokartının prototipini əldə edə bilib.
Yaxın zamanda NVIDIA GeForce RTX 4070 və RTX 4060 videokartlarının istehsalı dayandırılacaq
Yaxın zamanda NVIDIA GeForce RTX 4070 və RTX 4060 videokartlarının istehsalı dayandırılacaq
Riteylerlər öz alıcılarına xəbər veriblər ki, yaxın zamanda NVIDIA GeForce RTX 4070 və RTX 4060 videokartlarının satışları dayandırılacaq.
Həftənin xəbərləri
Bu il nazik gövdəli smartfonların ili olacaq
Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub