main-post-cover

    ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!

    Süni İntellekt
    03.10.2024
    Farid Pardashunas

         Süni intellekt modeli ChatGPT, beyin şişlərinin diaqnozunda radioloqlardan daha yaxşı nəticələr verərək ümid vəd edir. Tədqiqatçılar dəqiqlik səviyyəsini artıraraq həkimlərin iş yükünü yüngülləşdirməyi hədəfləyirlər.

         OpenAI-nin GPT-4 LLM-inə əsaslanan süni intellekt modeli olan ChatGPT, beyin şişlərinin diaqnozunda effektiv bacarıqlar nümayiş etdirir. Osaka Metropolitan Universitetinin Tibb Fakültəsindən olan tədqiqatçılar, 150 əməliyyat öncəsi beyin şişi MR hesabatını istifadə edərək ChatGPT ilə radioloqların diaqnostik dəqiqliyini müqayisə edən bir araşdırma aparıblar. Nəticələr isə olduqca təəccüblü olub. ChatGPT, 73% nəticə göstərərək neyro-radioloqların (72%) və ümumi radioloqların (68%) dəqiqlik səviyyəsini üstələyib. Tədqiqatda həmçinin ChatGPT-nin diaqnostik dəqiqliyini klinik hesabatını kimin yazdığına görə dəyişdiyi də aşkar edilib.
         Süni intellekt modeli Neyro-radioloqların hesabatlarını şərh edərkən, 80% dəqiqlik səviyyəsinə də çata bilib. Lakin ümumi radioloqların hesabatlarına gəldikdə bu rəqəm 60%-ə qədər enib. Yəni, hesabatın arxasındakı radioloqun növü ChatGPT-nin diaqnozlarının nə qədər dəqiq olacağına həqiqətən təsir edə bilər. Aspirant Yasuhito Mitsuyama və dosent Daiju Ueda rəhbərliyindəki tədqiqat qrupu, ChatGPT kimi böyük dil modellərinin digər diaqnostik görüntüləmə sahələrindəki potensialını daha dərindən araşdırmağa hazırlaşır. Məqsədləri həkimlərin iş yükünü azaltmaq, diaqnoz dəqiqliyini artırmaq və daha yaxşı tədris mühitləri üçün süni intellektdən istifadə etməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
    suni-intellekt-oz-yaradicisinin-komputerini-cokdurub
    Süni zəka səs vasitəsilə şəkərli diabeti təyin etməyi öyrənib
    suni-zeka-ses-vasitesile-sekerli-diabeti-teyin-etmeyi-oyrenib
    Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
    britaniya-polisi-cinayetlerin-ustunu-acmaq-ucun-suni-zekadan-istifade-etmeye-baslayib
    Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
    apple-sirketi-openai-ya-investisiya-yatirmaqdan-imtina-edib
    İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
    ingilterede-ilk-muellimsiz-suni-intellekt-sinfi-acilib