Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Tech-Biznes
30.09.2024
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər. The Wall Street Journal-ın vermiş olduğu yeni məlumata əsasən isə Apple şirkəti OpenAI-ya investisiya yatırmaq fikrindən daşınıb. Bu, OpenAI şirkətinin 6.5 milyard dollar dəyərində yeni maliyyəni əldə etməsi ilə bağlı investisiya raundunun yekunlaşması fonunda baş verib.
OpenAI şirkətinin potensial investorları qismində isə Microsoft ilə NVIDIA şirkətləri olublar. Məlumata əsasən Apple şirkətinin investisiya raundunda iştirakdan imtina etməsi gözlənilməz olub. Qeyd etmək lazımdır ki, Apple öz tarixi ərzində Silikon Vadisinin digər böyük şirkətlərinə çox nadir hallarda investisiya yatırıb. Apple şirkətinin OpenAI üçün nəzərdə tutulmuş növbəti investisiya raundunda potensial iştirakı barəsində ilk məlumat keçən ay ortaya çıxmışdı.
Apple tərəfindən OpenAI-ya yatırıla biləcək investisiyanın məbləği isə bilinmirdi. Görünür, bundan sonra da bilinməyəcək. Qeyd etmək lazımdır ki, Microsoft öz növbəsində OpenAI şirkətinin ən böyük investorudur. O, şirkət gəlirinin 49%-nə sahibdir. Apple şirkətinin investisiya yatırmaqdan imtina etməsinə baxmayaraq onun OpenAI ilə əməkdaşlığı davam edəcək. Belə ki, bu əməkdaşlıq çərçivəsində ChatGPT çat-botu iOS 18-ə inteqrasiya ediləcək. Bunun bu ilin sonuna kimi baş verəcəyi gözlənilir. Bunun sayəsində ChatGPT istifadəçi sorğularını Siri ilə birlikdə emal edə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər
Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər
Verilmiş məlumata əsasən Apple şirkəti öz qulaqlıqlarının funksionallıqlarını genişləndirmək və onlarda istifadəçi ürəyinin vəziyyətinin monitorinqi imkanını reallaşdırmaq istəyir.
İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər
İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər
Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazının satışlarının kütləvi olmamasına baxmayaraq məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır.
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple şirkətinin bu ilin fevral ayının əvvəlində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı satışa çıxandan sonra şirkətin, onun daha büdcəli versiyası üzərində çalışması ilə bağlı məlumatlar ortaya çıxmağa başladı.
Apple 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib
Apple 10-dan çox Mac kompüterini köhnəlmiş və vintaj cihazlar siyahısına daxil edib
Son məlumat sızıntılarına əsasən Apple şirkəti yaxın zamanda M4 prosessoru vasitəsilə çalışacaq yeni Mac kompüterlərini təqdim etməlidir. Bunun artıq gələn ay baş tutacağı gözlənilir.
İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
Apple şirkətinin potensial qatlana bilən ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!