Süni zəka səs vasitəsilə şəkərli diabeti təyin etməyi öyrənib
Süni İntellekt
01.10.2024
Emil Nəcəfov
Lüksemburq Universitetinin alimləri ikinci tip şəkərli diabet xəstəliyinin yeni təyini üsulunu təklif ediblər. Qeyd etmək lazımdır ki, bu şəkərli diabet növü diaqnozu qan analizi nəticələri və pasientin ümumi vəziyyəti əsasında təyin edilir. Lakin süni zəka imkanları vasitəsilə bu xəstəliyin gözlənilməz diaqnostika üsulu hazırlanıb. Alimlər belə bir təcrübə aparıblar. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən və tamamilə sağlam olan şəxslərdən təşkil edilmiş 607 nəfərlik qrupda hər bir şəxsin səs nümunəsi əldə edilib. Səs nümunəsi həmin şəxslərin 25 saniyə ərzində müəyyən mətni oxumaları zamanı əldə edilib.
Nəticədə xüsusi olaraq hazırlanmış süni zəka sistemi əldə edilmiş səs nümunələrində intensivliyi, səs tonunu və səsin nə dərəcədə yüksək olduğunu analiz edərək şəxslərin cinsləri, çəkiləri və digər bəzi fiziki göstəriciləri nəzərə alınmaqla onlar arasında kimlərin şəkərli diabetdən əziyyət çəkdiklərini, kimlərin isə sağlam olduqlarını təyin etməyə çalışıb. Süni zəka tərəfindən təqdim edilmiş nəticələr alimləri təəccübləndiriblər. Belə ki, süni zəka qadınların 66%-də, kişilərin isə 71%-də şəkərli diabet xəstəliyini düzgün şəkildə təyin edə bilib. Süni zəka ilə nitq əsaslı texnologiyaların birləşimi belə mövzularda testləri daha əlçatan edə bilər. Aparılmış bu təcrübə səs analizi üsulunun, 2-ci tip şəkərli diabet xəstəliyinin təyinində istifadəsi üzrə ilk addımdır
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
Zaman keçdikcə süni zəka daha çox sahədə tətbiq olunmağa başlayır. Süni zəkanın potensial imkanlarını Britaniya polisləri də sərgiləyirlər.
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
David Game College, Londonda tələbələrin fərdi ehtiyaclarına uyğunlaşdırılmış təhsil təklif edən süni intellektlə işləyən müəllimsiz sinif otağı açıb.
Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon dollara yüksələ bilər
Süni zəka sistemləri bazarının dövriyyəsi bir neçə ilə 1 trilyon dollara yüksələ bilər
Bain adlı investisiya şirkətinin nümayəndələri hesab edirlər ki, süni zəka sistemləri ilə əlaqəli olan proqram və aparat təminatı bazarı illik ortalama 40-55% böyüyəcək.
Bill Gates, indiki ağıla sahib olsaydı, seçəcəyi peşənin nə ola biləcəyini açıqlayıb!
Bill Gates, indiki ağıla sahib olsaydı, seçəcəyi peşənin nə ola biləcəyini açıqlayıb!
Microsoft-un qurucusu Bill Gates, süni intellekt texnologiyalarının artan əhəmiyyətinə diqqət çəkib. Məşhur iş adamı CNBC-e-yə verdiyi müsahibədə yeni bir işə başlasa, proqram təminatı sahəsinə deyil, süni intellektə əsaslanan təşəbbüsə diqqət yetirmək istəyə biləcəyini bildirib.
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Son zamanlar süni intellektin sürətli inkişafı ilə bir çox peşə qruplarında narahatlıqlar yaranmağa başlayıb. Xüsusilə proqramçılar süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Lakin Google-un baş direktoru Sundar Pichai, bu narahatlıqlara çox fərqli prizmadan baxır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!