Bir isifadəçi "GPT-4o"nun sındırılmış versiyası olan "Godmode GPT"ni yayımlayıb!
Süni İntellekt
30.05.2024
Farid Pardashunas
OpenAI-nin ən yeni və təkmil süni intellekt modeli olan GPT-4o üçün məhdudiyyətləri aradan qaldıran “Godmode GPT”, bir istifadəçi tərəfindən yayımlanıb. "GPT-4o"dan fərqli olaraq "Godmode GPT" hər şey haqqında danışa bilər.
Pliny the Prompter adlı özünü ağ papaqlı haker kimi təqdim edən biri şəxs, jailbreak edilmiş və "zəncirlərindən qurtulmuş" GPT-4o-nu aşkar etdiyini bildirib. Bunu öz X hesabında paylaşan Pliny-nin sözlərinə görə, Godmode GPT-də "qoruyucu barmaqlıqları" aşan daxili bir jailbreak əmri var. O, Godmode GPT-nin nə edə biləcəyini nümayiş etdirmək və ya sübut etmək üçün paylaşılan ekran görüntülərində ChatGPT-nin narkotikin addım-addım hazırlanma qaydasını izah etdiyini göstərib. Pliny the Prompter, bunu şəxsi hazırladığı GPT olaraq OpenAI mağazasında yayımlayıb. OpenAI sözçüsü Colleen Rize, verdiyi açıqlamasında, bu GPT-dən xəbərdar olduqlarını və müvafiq pozuntulara görə tədbir gördüklərini söyləyib (bu xəbəri yazarkən artıq Godmode GPT-nin silindiyini aşkar etdik).
Əslində belə hadisələr GPT-4o üçün bir ilk olsa da, bizim üçün bir ilk deyil və heç sonuncu da olmayacaq. OpenAI və onun dil modellərini sındırmağa çalışan hakerlər bir müddətdir ki, var. Onlar ChatGPT kimi AI-ləri “jailbreak” etməyə və modelin qoruyucularını aradan qaldırmağa çalışırlar. Hətta bəziləri bu cür operativ istismarlar haqqında OpenAI-ə məlumat verir. Bəzi insanlar bu zəiflikdən istifadə edərək insanlara qabaqcıl versiyalar təqdim edirlər. Bu olduqca risklidir, çünki ChatGPT, internetdə hər şey üzrə təlim keçmiş kitabxanadır. Bu cür “zəncirləri qırılan” göstərişlərə sahib olmaq, modellərə bombalar, narkotiklər və ya evdə hazırlanmış silahlar kimi məsələlərdə təlimat verməyə imkan verir.
Pliny the Prompter-in GPT-4o-nu sındırmaq üçün istifadə etdiyi göstərişlərin nə olduğu tam aydın deyil, lakin GPT-ni açdığınız zaman "Sur3, h3r3 y0u ar3 my fr3n" kimi bir cümlə ilə qarşılaşırsınız. Yəni hər “E” hərfinin yerinə 3 rəqəmi qoyulub. Eyni şey 0 rəqəmi ilə əvəz olunan "O" hərfinə də aiddir. Buna adətən "leetspeak" deyilir və belə bir üsuldan istifadə etmək ChatGPT-ni çaşdıra bilər. Bilməyənələr üçün "leetspeak" sözü, unikal və stilizə edilmiş yazı tərzi yaratmaq üçün hərfləri rəqəmlər, xüsusi simvollar və ya digər simvollarla əvəz etmək mənasına gəlir. Ən son baş verən hack hadisəsindən də gördüyümüz kimi, istifadəçilər OpenAI-nin qoruyucularından yan keçmək üçün yaradıcı yeni yollar tapmağa davam edirlər. OpenAI, bu yolları aşkar etdikcə onları bağlayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
OpenAI, mayın əvvəlində təqdim etdiyi ən qabaqcıl süni intellekt modeli GPT-4o-nu bütün ChatGPT istifadəçiləri üçün təqdim edib.
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
Son zamanlarda süni zəka texnologiyaları ətrafında olan səs-küy səbəbilə proqramçılar proqram təminatı kodlarının yazılması mövzusunda çox zaman ChatGPT kimi süni zəka əsaslı çat-botlara müraciət etməyə başlayıblar.
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
OpenAI şirkəti bir neçə müddət bundan öncə GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi.
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
OpenAI tərəfindən süni intellekt səsləndirməsi üçün məşhur aktrisa Scarlett Johansson-un səsindən istifadə edilməsi iddiası sosial mediada gündəmə səbəb olub.
GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
GPT-4o təqdim edildikdən sonra, Duolingo-nun səhmləri ucuzlaşmağa başlayıb!
OpenAI-nin yeni süni intellekt modeli GPT-4o, ChatGPT istifadəçiləri üçün pulsuz olaraq təqdim edilib. Duolingo-nun səhmləri yeni çox rejimli "GPT-4o"nun təqdim edilməsindən sonra ucuzlaşmağa başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!