OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Startup və Biznes
21.11.2023
Emil Nəcəfov
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib. Məktubda qeyd edilib ki, Sam Altman-ın şirkətə geri qaytarılmayacağı halda onlar OpenAI-dan ayrılaraq Altman tərəfindən təsis ediləcək yeni şirkətə keçid edəcəklər. Məlumata əsasən məktubu OpenAI şirkətinin 770 işçisindən 743 nəfəri imzalayıb.
Məktubda işçilər həmçinin şirkətin keçmiş prezidenti Greg Brockman-ın geri qaytarılmasını, direktorlar şurasının istefaya göndərilməsini və yeni direktorlar şurası nümayəndələrinin seçilməsini tələb edirlər. Maraqlısı ondadır ki, məktubu imzalamış şəxslər arasında şirkətin baş elmi rəhbəri Ilya Sutskever də var. Məsələ burasındadır ki, Altman-ın öz vəzifəsindən azad edilməsində əsas rolu məhz Sutskever oynayıb. Sutskever bildirib ki, Altman-ın işdən azad edilməsində iştirak etdiyindən məyusdur. Bəzi kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Altman şirkətə geri qayıtmağa hazırdır. Lakin bunun üçün direktorlar şurası istefa etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sam Altman Microsoft şirkətinə qoşulub
Sam Altman Microsoft şirkətinə qoşulub
OpenAI şirkətinin əsas investoru olan Microsoft şirkəti dünyaya ChatGPT kimi bir sistemi bəxş etmiş bu şirkətin stabil şəkildə inkişafında maraqlı idi.
OpenAI şirkətinə yeni CEO təyin edilib
OpenAI şirkətinə yeni CEO təyin edilib
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-su Sam Altman-ı işdən azad etdi.
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb.
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-u Sam Altman-ı vəzifəsindən azad etdi.
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
OpenAI şirkətinin direktorlar şurası şirkətin CEO-su Sam Altman-ı heç gözlənilmədən işdən azad edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!