Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
Startup və Biznes
20.11.2023
Emil Nəcəfov
OpenAI şirkətinin direktorlar şurası şirkətin CEO-su Sam Altman-ı heç gözlənilmədən işdən azad edib. Direktorlar şurasının sözlərinə əsasən Altman öz işində lazımi səviyyədə səmimi olmayıb. “Altman direktorlar şurası ilə ünsiyyətində səmimi olmayıb. Bu isə öz növbəsində onun şirkət daxili öhdəliklərinin yerinə yetirilməsində maneələr yaradıb. Direktorlar şurası onun OpenAI şirkətinin rəhbəri rolunda çıxış edə biləcəyinə şübhə edir” - deyə OpenAI şirkətinin direktorlar şurası qeyd edib.
Altman öz növbəsində işdən azad edilməsi ilə bağlı məlumatı təsdiqləyib və bildirib ki, gələcək planları barəsində daha sonra məlumat verəcək. OpenAI şirkətinin müddətli CEO-su qismində isə Mira Murati çıxış edəcək. O daha öncə OpenAI-da baş texniki direktor vəzifəsində çalışıb. Bununla yanaşı şirkətin prezidenti vəzifəsindən Greg Brockman azad edilib. O, Altman-ın işdən azad edildiyi xəbərini eşidəndən sonra şirkətdən ayrılmaq qərarını verib.
Qeyd etmək lazımdır ki, Altman ilə Brockman OpenAI şirkətinin həmtəsisçiləridir. Bəzi məlumatlara əsasən Altman-ın şirkət daxilindəki digər rəhbərlərlə konflikti olub. Belə ki, Altman şirkətin əsasən kommersiya məqsədli şirkət istiqamətində getməsini istəyib. Lakin əksər top menecerlər OpenAI şirkətinin qeyri-kommersiya məqsədli təşkilat formatında çalışmasını istəyib. Bundan əlavə olaraq bəzi insayderlər bildiriblər ki, Altman OpenAI-dan gizli şəkildə öz şirkətini təsis edib və onun üçün hətta müəyyən investorlardan investisiyalar da cəlb edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
OpenAI şirkəti ChatGPT Plus abunəliyinə yeni istifadəçilərin qeydiyyat prosesini müəyyən müddətlik dayandırıb.
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən şirkət GPT-5 adlı süni zəka modelinin hazırlanmasına start verib.
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
Dünən OpenAI tərəfindən tərtibatçılar üçün keçirilmiş ilk konfrans çərçivəsində şirkətin CEO-su Sam Altman bildirdi ki, ChatGPT-nin həftəlik istifadəçi kütləsi artıq 100 milyonu keçib.
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI şirkəti GPTs adlı konstruktoru təqdim edib. Sözügedən konstruktor vasitəsilə istifadəçilər ChatGPT-yə xüsusi imkanları, spesifik bilikləri və bacarıqları əlavə edə bilərlər.
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
Dünən OpenAI şirkətinin tərtibatçılar üçün keçirtmiş olduğu ilk konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsi təqdim edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!