Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
Startup və Biznes
20.11.2023
Emil Nəcəfov
Bir neçə ay bundan öncə məlum oldu ki, Microsoft OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırıb. İnsayderlərin sözlərinə əsasən sözügedən məbləğin yalnız bir hissəsi şirkətə təqdim edilib. Yerdə qalan hissəsi isə tranşlara bölünüb və OpenAI texnologiyalarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş bulud hesablama güclərinin xərclərinin ödənilməsinə istiqamətlənib. Bu isə öz növbəsində Microsoft-a OpenAI şirkətində hal hazırki vəziyyətə təsir göstərmək gücünü verir.
Bəzi insayderlərin sözlərinə əsasən Microsoft-un CEO-su Satya Nadella OpenAI şirkətinin CEO-su vəzifəsindən Sam Altman-ın istefaya göndərilməsi qərarının düzgün olmadığını və bu qərarın Microsoft-un əsas partnyorlarından biri sayılan OpenAI şirkəti daxilində qeyri-stabilliyin yaranmasına səbəb olduğunu hesab edir.
Altman-ın öz vəzifəsindən azad edilməsi qərarının Microsoft ilə OpenAI arasında olan əməkdaşlıq razılaşmasının şərtlərini pozub-pozmadığı hal hazırda məlum deyil. Qeyd etmək lazımdır ki, Microsoft öz növbəsində OpenAI şirkətinin intellektual mülkiyyətinin müəyyən səviyyədə hüquq sahibidir. Məlumatda qeyd edilib ki, hətta iki şirkət arasındakı əməkdaşlığın dayandırılacağı halda belə Microsoft öz məhsullarında OpenAI şirkətinin hal hazırki generativ süni zəka texnologiyalarını istifadə edə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-u Sam Altman-ı vəzifəsindən azad etdi.
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
OpenAI şirkətinin direktorlar şurası şirkətin CEO-su Sam Altman-ı heç gözlənilmədən işdən azad edib.
Microsoft fotorealistik avatarların yaradılması servisini təqdim edib (VİDEO)
Microsoft fotorealistik avatarların yaradılması servisini təqdim edib (VİDEO)
Təqdim edilmiş servisin əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə yaradılan avatarlar istifadəçi tərəfindən təqdim edilən mətnə uyğun dodaq hərəkətlərinə sahib olurlar.
Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Microsoft şirkəti süni zəka əsaslı çat-botunun Bing Chat adlanmasından imtina edib onu Microsoft Copilot ilə əvəzləyib.
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft şirkəti özünün Cobalt 100 və Maia 100 adlı fərdi çiplərini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!