OpenAI-nin CEO-su Sam Altman, X hesabında şifrəli paylaşım edib!
Sosial Media
08.08.2024
Farid Pardashunas
Keçən həftələrdə Project Strawberry kimi sızdırılan süni intellekt, indi OpenAI-nin CEO-su Sam Altman tərəfindən paylaşılmış ola bilər. Altman, X-dakı paylaşımında bağçasındakı çiyələklərin fotosunu yerləşdirib. Bəs bu, nə mənaya gəlir?
OpenAI-nin CEO-su Sam Altman, Project Strawberry haqqında sirli bir yazı paylaşaraq maraq oyadıb. CEO, çiyələk fotosunu paylaşaraq, "Bağçada yayı sevirəm" deyib. Altman, bu mesajla OpenAI və onun yeni layihəsinə istinad edə bilər. Keçən ay edilən yazılara görə, Project Strawberry və OpenAI, avtonom tədqiqat imkanlarını təmin edə biləcək süni intellekt modeli hazırlayır. Daxili sənədlərdə Strawberry-nin məqsədi süni intellekt sistemlərinin insan rəhbərliyi olmadan tədqiqat aparması kimi sadalanır.
Altman-ın yazısı həmçinin OpenAI-nin Strawberry-ni təqdim etməyə hazırlaşması ilə bağlı fərziyyələri də artırıb. Bəzi ekspertlər hesab edirlər ki, bu tip süni intellektlə bağlı ehtiyatlı olmaq lazımdır. OpenAI, son vaxtlar bir çox problemlərlə, o cümlədən rəhbər vəzifədən getmələr və maliyyə problemləri ilə üzləşib. Tənqidçilər, Altman-ın gözlənilən nəticələri verməməklə yanaşı, həddindən artıq şişirdilmiş bir keçmişə sahib olduğunu da düşünürlər. Strawberry ilə OpenAI, insan səviyyəsində süni intellekt qabiliyyətinə nail olmaq istəyir. Təbii ki, hələlik rəsmi açıqlama olmasa da, şirkətin bununla bağlı hazırlıq gördüyünü söyləmək olar.
Linki kopyala
project strawberry
openai
openai project strawberry
sam altman project strawberry
twitter x
openai sam altman
sam altman openai
sam altman
Bənzər xəbərlər
Oxşar xəbərlər
X, dünya nəhənglərini məhkəməyə verir!
X, dünya nəhənglərini məhkəməyə verir!
Əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsi, Mars, Unilever və CVS Health də daxil olmaqla bir neçə böyük reklamçı şirkəti məhkəməyə verir. Keçmişdə bir müddət X platformasında reklam verən bu şirkətlər, boykot və buna bənzər iddialara görə məhkəməyə verilmişdi.
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi.
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
OpenAI, ChatGPT tərəfindən yaradılan mətnə filiqran (əskinaslarda, poçt pullarından və dövlətə aid rəsmi sənədlərdə saxtakarlığın qarşısını almaq məqsədiylə tez-tez istifadə olunan şəkil və ya yazı) qoymaq və filiqranı aşkar etmək üçün alət üzərində işləyir. Lakin şirkət, bu aləti buraxmaqda tərəddüd edir.
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, X-də paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. ABŞ-da seçkilər yaxınlaşdıqca prezidentliyə namizəd Kamala Harris-ə aid olduğu iddia edilən videonu paylaşan Musk, saxta xəbərlər yaymaqda ittiham olunur.
OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan OpenAI, böyük əməliyyat xərcləri səbəbindən 12 ay ərzində iflas ərəfəsində ola bilər. Şirkət, bu il 5 milyard dollarlıq zərər gözləyir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ