main-post-cover

    Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib

    Tech-Biznes
    06.08.2024
    Emil Nəcəfov
         Elon Musk mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi. Lakin müəyyən müddətdən sonra Musk öz məhkəmə iddiasını geri çəkmişdi. İndi isə məlum olub ki, Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib. Qaldırılmış məhkəmə iddiasında Musk qeyd edib ki, OpenAI şirkəti onun hüquqlarını və maraqlarını pozur. Bununla yanaşı Musk bildirib ki, o, OpenAI şirkətinin təsis edilməsi zamanı aldanmaya məruz qalıb.
         Musk-ın iddiaları əsasında belə bir fikir dayanır ki, OpenAI şirkətinin hal-hazırki CEO-su Sam Altman və prezidenti Greg Brockman şirkətin qeyri-kommersiya məqsədli təşkilat şəklində fəaliyyət göstərəcəyini əsas gətirərək Musk-ı süni zəka üzrə şirkətin həmtəsisçisi olmağa inandırıblar. Musk tərəfindən qaldırılmış yeni məhkəmə iddiasında qeyd edilib ki, o, sözügedən layihəyə qoşulandan və ona milyonlarla dollar investisiya yatırandan sonra Sam Altman və onun tərəfdaşları tərəfindən xəyanətə uğrayıb. Nəticədə Sam Altman və onun tərəfdaşları OpenAI şirkətinin kommersiya məqsədli filiallarından təşkil edilmiş şəbəkəni formalaşdırıblar və onun sayəsində özlərini zənginləşdirməklə məşğuldurlar.
         Yəni faktiki olaraq yeni məhkəmə iddiasında qeyd edilmiş mövzular mart ayında qaldırılmış məhkəmə iddiasındakı mövzular ilə eynidir. Musk mart ayında OpenAI şirkətini məhkəməyə verən zaman qeyd etmişdi ki, o, süni zəkanın inkişafı və onun potensial olaraq insanlığa zərər yetirə biləcəyi ehtimalından narahatdır. O həmçinin qeyd etmişdi ki, OpenAI şirkəti kommersiya məqsədli fəaliyyət rejiminə keçid edərək öz ilk məqsədləri və prinsiplərindən kənara çıxıb. Onun fikrincə bu öz növbəsində süni zəka texnologiyasının təhlükəsizliyini və etikasını təhlükə altına atır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ev tapşırıqlarını ChatGPT ilə yerinə yetirən tələbələr üçün pis xəbər!
    ev-tapsiriqlarini-chatgpt-ile-yerine-yetiren-telebeler-ucun-pis-xeber
    Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
    musk-in-beyin-cipi-sirketi-neuralink-ikinci-emeliyyatini-heyata-kecirib
    Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
    elon-musk-prezidentliye-namizedliyini-ireli-suren-kamala-harris-in-saxta-videosunu-yayimlaqda-ittiham-olunur
    OpenAI, 5 milyard dollarlıq zərərlə iflas edə bilər!
    openai-5-milyard-dollarliq-zererle-iflas-ede-biler
    OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib
    openai-searchgpt-adli-suni-zeka-esasli-axtaris-sistemini-teqdim-edib