X, dünya nəhənglərini məhkəməyə verir!
Sosial Media
07.08.2024
Farid Pardashunas
Əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsi, Mars, Unilever və CVS Health də daxil olmaqla bir neçə böyük reklamçı şirkəti məhkəməyə verir. Keçmişdə bir müddət X platformasında reklam verən bu şirkətlər, boykot və buna bənzər iddialara görə məhkəməyə verilmişdi.
CEO Linda Yaccarino-nun bu yaxınlarda dərc etdiyi açıq məktubunda bildirdiyi kimi, sözügedən məhkəmə prosesləri əslində Global Alliance for Responsible Media-ya (GARM) qarşı açılan antiinhisar iddiasının bir hissəsidir. Yaccarino iddia edir ki, sözügedən reklamçılar X-in “qanunsuz boykotunda” iştirak ediblər. O qeyd edir ki, bu boykot platformanın idman azarkeşləri, oyunçular, jurnalistlər, fəallar, valideynlər və liderlərdən ibarət müxtəlif istifadəçi bazasına zərər vurmaq məqsədi daşıyır.
Global Alliance for Responsible Media və ya GARM, Ümumdünya Reklamçılar Federasiyasının bir hissəsidir. Onlayn reklam üçün tələb olunan təhlükəsizlik tədbirləri və s. qaydaları müəyyən edən qurum yuxarıda qeyd olunan hallara görə məsuliyyət daşıyır. X-in irəli sürdüyü ittiham aktına görə, müxalif qruplar milyardlarla dollarlıq reklam gəlirini X platformasından uzaq tutmaq üçün böyük şirkətlərlə işləyirlər.
Məsələ ilə bağlı X platformasının sahibi Elon Musk, açıqlamasında “2 il ərzində nəzakətli olmağa çalışdıq və boş sözlərdən başqa heç bir şey əldə etmədik. İndi isə müharibə var” deyə bəyanat verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk, OpenAI şirkətini və onun CEO-su Sam Altman-ı yenidən məhkəməyə verib
Elon Musk mart ayında OpenAI şirkətini qeyri-kommersiya missiyasını pozmasında və özünün ən güclü məhsulu olan GPT-4 adlı böyük dil modeli barəsində məlumatları açıq mənbə şəklində bölüşməməkdə günahlandıraraq şirkəti məhkəməyə vermişdi.
Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
Musk-ın beyin çipi şirkəti Neuralink, ikinci əməliyyatını həyata keçirib!
Elon Musk-ın beyin-kompüter interfeysi (BCI) şirkəti Neuralink, inkişaf etdirdiyi cihazı ikinci xəstəyə uğurla implantasiya edib. Bu beyin çipi ilə xəstələr, öz düşüncələri ilə cihazları idarə edə bilirlər.
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, prezidentliyə namizədliyini irəli sürən Kamala Harris-in saxta videosunu yayımlaqda ittiham olunur!
Elon Musk, X-də paylaşdığı video ilə müzakirə mövzusuna çevrilib. ABŞ-da seçkilər yaxınlaşdıqca prezidentliyə namizəd Kamala Harris-ə aid olduğu iddia edilən videonu paylaşan Musk, saxta xəbərlər yaymaqda ittiham olunur.
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.
5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
5 ildir ertələnən yeni Tesla Roadster, 2025-ci ildə istehsala girəcək!
Tesla CEO-su Elon Musk, şirkətin maliyyə nəticələri zamanı verdiyi açıqlamada yeni Tesla Roadster modelinin 2025-ci ildə istehsala girəcəyini və mühəndislik addımlarının çoxunun tamamlandığını söyləyib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ