main-post-cover

    OpenAI realistik videoları tərtib edən Sora neyron şəbəkəsini təqdim edib (VİDEO)

    Proqram Təminatı
    16.02.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti Sora adlı yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş bu yeni neyron şəbəkə mətn formatlı təsvirlər əsasında videoların tərtibatı üçün nəzərdə tutulub. OpenAI bildirib ki, Sora mətn formatında təsvirlər əsasında realistik və fantastik səhnələr tərtib edə bilər. Bu neyron şəbəkə istifadəçiyə 1 dəqiqəlik xronometraja sahib Full HD keyfiyyətli videolar tərtib etməyə imkan verir. Məlumatda qeyd edilib ki, Sora bir neçə personajı özündə birləşdirən qəliz səhnələri, səhnələrdəki personajların müəyyən tərz hərəkətlərini, dəqiq detalizasiyaya sahib obyektlər ilə fonu tərtib edə bilir.
         Bununla yanaşı Sora obyektlərin fiziki dünyada necə mövcud olduqlarını anlaya bilir və istifadəçinin təqdim etdiyi məlumatları dəqiq şəkildə başa düşərək müxtəlif güclü emosiyaları sərgiləyən personajları yaradır. Sözügedən neyron şəbəkəsi statik obyekt əsasında videolar yarada, mövcud olan videoda çatışmayan kadrları tərtib edə və videonu genişləndirə bilir. OpenAI tərəfindən təqdim edilmiş nümunələrdən də görmək olar ki, Sora sözün əsl məsasında reallığa bənzəyən videoları tərtib etmək bacarığına sahibdir.
         Hal-hazırda Sora-dan OpenAI şirkətinin bəzi mütəxəssisləri istifadə edirlər. Onlar bu neyron şəbəkəsinin potensial risklərini təyin etməyə çalışırlar. Növbəti mərhələdə şirkət bu neyron şəbəkədən istifadə imkanını dizaynerlərə, rəssamlara və film sahəsində çalışan mütəxəssislərə təqdim etməyi planlaşdırır. Çox güman ki, məhz bu mərhələdən sonra Sora-dan adi istifadəçilər də faydalana biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI Google Search-ün analoqu üzərində çalışır
    openai-google-search-un-analoqu-uzerinde-calisir
    Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
    hakerler-kiberhucumlarin-tekmillesdirilmesinde-boyuk-dil-modellerinden-istifade-etmeye-baslayiblar
    ChatGPT istifadəçi tərəfindən qeyd edilən faktları yaddaşında saxlaya biləcək
    chatgpt-istifadeci-terefinden-qeyd-edile
    OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
    openai-ceo-su-suni-zeka-ciplerinin-qlobal-istehsali-layihesine-5-7-trilyon-dollar-investisiya-celb-etmeyi-hedefleyib
    OpenAI yeni süni zəka sistemləri üzərində çalışır
    openai-yeni-suni-zeka-sistemleri-uzerinde-calisir