ChatGPT tətbiqinin Windows versiyası istifadəyə verilib
Proqram Təminatı
18.10.2024
Emil Nəcəfov
Windows kompüterlərinin istifadəçiləri indiyənə kimi ChatGPT-nin funksiyalarından çat-botun yalnız veb versiyası çərçivəsində istifadə edə bilirdilər. Lakin OpenAI şirkəti sonunda ChatGPT tətbiqinin Windows versiyasını istifadəyə verib. ChatGPT-nin Windows üçün nəzərdə tutulmuş versiyası Microsoft Store-da aktivdir. Lakin tətbiq hələ test versiyası şəklində istifadəyə verilib. Buna görə də ondan heç də bütün istifadəçilər hələ istifadə edə bilməyəcəklər.
ChatGPT-nin Windows versiyası hal-hazırda yalnız ChatGPT Plus, Enterprise, Team və Edu tariflərinin abunəçiləri üçün aktivdir. Tətbiqin Windows versiyasında dəstəklənən funksiyalara gəldikdə isə istifadəçilər çat-botla dialoq qura, onun vasitəsilə fotolar tərtib edə və üstəlik çat-bota analiz üçün fotolar ilə sənədlər göndərə bilərlər. Tətbiqdə səsli ünsiyyət ilə GPT Store platforması hələ reallaşdırılmayıb. OpenAI bu ilin sonuna kimi tətbiqin daha geniş funksionallığa sahib versiyasını təqdim etməyi planlaşdırır. Çox güman ki, həmin vaxtda tətbiq bütün istifadəçilər üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 250 milyona çatıb
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 250 milyona çatıb
Son bir neçə ildə süni zəka texnologiyaları müasir dünyanın ayrılmaz hissəsinə çevrilib. Onlar mətnlərin yazılmasında, tərcümədə, məlumatların axtarışında, fotoların və videoların tərtib olunmasında, proqram təminatı kodunun tərtibatında yardımda və s. istifadə edilir.
OpenAI 6.6 milyard dollar investisiya əldə edib
OpenAI 6.6 milyard dollar investisiya əldə edib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti 6.6 milyard dollar həcmində yeni investisiyanı əldə edib. Nəticədə şirkətin bazar dəyəri 157 milyard dollara yüksəlib.
ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!
ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!
Süni intellekt modeli ChatGPT, beyin şişlərinin diaqnozunda radioloqlardan daha yaxşı nəticələr verərək ümid vəd edir. Tədqiqatçılar dəqiqlik səviyyəsini artıraraq həkimlərin iş yükünü yüngülləşdirməyi hədəfləyirlər.
Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!