main-post-cover

    Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib

    Elm & Texnologiya
    22.05.2024
    Emil Nəcəfov
         NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib. Qeyd etmək lazımdır ki, Yer kürəsində alimlər məhz bu cür süxurlarda ən qədim mikroorqanizmlərin izlərini aşkar edirlər. Bu baxımdan Mars heçnə ilə fərqlənməməlidir. Buna görə də yaxın illərdə bizləri maraqlı kəşflər gözləyə bilər. Təbii ki, Perseverance tərəfindən yığılan süxur nümunələrini hələ Yer kürəsinə çatdırmaq lazımdır.
         Həmin nümunələrin geri qaytarılması üçün nəzərdə tutulmuş missiya artıq detallı şəkildə hazırlanıb. Lakin sözügedən missiya düşünüldüyündən daha böyük büdcəyə və zamana ehtiyac duyur. Bununla belə Perseverance komandası Mars səthində süxur nümunələrinin yığılması prosesinə davam edir. Perseverance aparatının daxilində kiçik ölçülü 38 ədəd kapsul mövcuddur və onların hamısı nümunələrin yerləşdirilməsi üçün nəzərdə tutulub. Məlumata əsasən kapsulların artıq 70%-nə müxtəlif nümunələr yerləşdirilib. Perseverance aparatının əldə etmiş olduğu yeni ideal süxur nümunəsinə gəldikdə isə söhbət, nəmlənmə prosesinə məruz qalmış silisium dioksiddən gedir.
         Sözügedən nümunə Perseverance aparatının yerləşdiyi Jezero kraterindəki Lefroy körfəzində əldə edilib. Silisium dioksid nümunəsi aparatın kamerası vasitəsilə təyin edilib. Təəssüflər olsun ki, sözügedən süxur nümunəsinin yerindəcə detallı analizini aparmaq mümkün deyil. Bununla belə Perseverance aparatı mövcud olduğu qəliz landşaft üzrə hərəkət edərək nümunələrin yığılması prsesini davam etdirir. Daha öncə əldə edilmiş nümunələrin sadələşdirilmiş ilkin analizlərinin nəticələri Jezero krateri sahəsində qədim dövrlərdə suyun olduğuna işarə edirlər. Suyun olduğu yerdə isə bioloji həyat növünün mövcud olma şansı qat-qat yüksəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi beyin xəstəliklərinin artmasına səbəb olur!
    alimlerin-arasdirmasina-gore-iqlim-deyisikliyi-beyin-xesteliklerinin-artmasina-sebeb-olur
    NASA, son 20 ilin ən böyük Günəş partlayışı videosunu paylaşıb!
    nasa-son-20-ilin-en-boyuk-gunes-partlayisi-videosunu-paylasib
    Yer kürəsinin yeraltı su mənbələri artıq bu əsrin ortasına kimi tükənə bilər
    yer-kuresinin-yeralti-su-menbeleri-artiq-bu-esrin-ortasina-kimi-tukene-biler
    Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
    super-kutleli-qara-deliklerin-en-qedim-birlesmeleri-hadisesi-kesf-edilib
    Şəkər pambığına bənzəyən planet kəşf edilib!
    seker-pambigina-benzeyen-planet-kesf-edilib