Super kütləli qara dəliklərin ən qədim birləşmələri hadisəsi kəşf edilib
Elm & Texnologiya
17.05.2024
Emil Nəcəfov
The Monthly Notices of the Royal Astronomical Society adlı jurnalda dərc edilmiş elmi məqaləyə əsasən alimlər indiyənə kimi olmuş kosmik müşahidələr arasında super kütləli qara dəliklərin ən qədim birləşmələrini aşkar ediblər. Məlumata əsasən aşkar edilmiş bu hadisə Böyük partlayışdan 740 milyon il sonra baş verib. Bu öz növbəsində qara dəliklərin, qalaktikaların inkişafları məsələsində ən erkən zamanlarda necə böyük rol oynadıqlarını və qara dəliklərin erkən kainatda necə belə böyük ölçülərə sahib olmalarının səbəbini göstərir. İnfraqırmızı diapazonda çox həssas olan James Webb kimi kosmik teleskopun istifadəyə verilməsi daha öncə müşahidəsi mümkün olmamış erkən kainatdakı müxtəlif hadisələrə qapıları açıb.
Söhbət, kainatın hələ 1 milyard yaşa çatmamış zamanlarında baş vermiş hadisələrdən gedir. Erkən kainatın ən təəccübləndirici sirlərindən biri də həmin zamanlarda mövcud olmuş super kütləli qara dəliklərin kəşf edilməsi ilə bağlıdır. Müasir kosmologiyaya əsasən kainatın elə erkən zamanlarında qara dəliklər bir neçə milyondan bir neçə milyard Günəş kütləsinə kimi həcmdə inkişaf edə bilməzdilər. Bu cür prosesə bir neçə yüz milyon il deyil, milyardlarla il lazımdır. Aparılmış yeni müşahidə isə kainatın ən qədim zamanlarında qara dəliklərin bu qədər böyük kütləni necə yığdıqlarına aydınlıq gətirib. Söhbət, onların birləşmələrindən gedir.
Halbu ki, həmin zamanlarda qara dəliklərin bu cür intensiv şəkildə birləşmələri də olmamalı idi. Görünür, elm sahəsi bu mövzuda səhv məlumata sahib olub. Aparılmış tədqiqatlar həmçinin onu göstəriblər ki, super kütləli qara dəliklər elə ilk əvvəldən qalaktikaların təkamül proseslərini formalaşdıran faktorlar olublar. Alimlər ZS7 adlı qalaktikanın mərkəzində qədim kvazarın aktivliyini təyin ediblər. Bu qalaktikanın mərkəzində materiyanı sürətlə udan super kütləli qara dəlik mövcuddur. James Webb kosmik teleskopunun həssas spektral təchizatı sözügedən obyektin şüalanmasında iki ədəd komponentin təyin edilməsinə şərait yaradıb.
Daha sonra məlum olub ki, hər iki komponent əslində birləşmə prosesinin son mərhələsində olan iki super kütləli qara dəlikdir. Qara dəliklərdən birinin kütləsini də ölçmək mümkün olub. Məlumata əsasən birləşmə prosesində olan super kütləli qara dəliklərdən birinin kütləsi 50 milyon Günəş kütləsinə bərabərdir. İkinci super kütləli qara dəliyə gəldikdə isə onun da kütləsi təqribi olaraq 50 milyon Günəş kütləsinə bərabər ola bilər. Lakin alimlər ikinci super kütləli qara dəliyin kütləsini dəqiq şəkildə təyin edə bilməyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Alimlər şəkər pambığına bənzəyən ekzoplanet kəşf ediblər. Açıqlamaya görə, WASP-193b adlı planet indiyə qədər kəşf edilən ikinci ən yüngül planetdir.
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Massaçusets Texnologiya İnstitutunun alimləri Süd Yolu qalaktikasının halosunda (sferik formada olub qalaktikanın görünən hissəsi boyunca uzanan görünməz qalaktik komponent / isti qazdan, ulduzlardan və qaranlıq materiyadan təşkil olunub) kainatın ən qədim ulduzlarından bir neçəsini kəşf ediblər.
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib.
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər.
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!
Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ