Şəkər pambığına bənzəyən planet kəşf edilib!
Elm & Texnologiya
16.05.2024
Farid Pardashunas
Alimlər şəkər pambığına bənzəyən ekzoplanet kəşf ediblər. Açıqlamaya görə, WASP-193b adlı planet indiyə qədər kəşf edilən ikinci ən yüngül planetdir.
Astronomlar Günəş sistemindən kənarda şəkər pambığına bənzər ekzoplanet kəşf ediblər. WASP-193b olaraq adlanan planetin eni Yupiterdən təxminən 1.5 dəfə böyükdür, lakin kütləsi Yupterin kütləsinin yalnız onda birinə bərabərdir. Açıqlamaya görə, WASP-193b eyni zamanda indiyə qədər kəşf edilmiş ikinci ən yüngül planetdir. WASP-193b, indiyə qədər aşkar edilmiş 5400 ekzoplanetdən Neptuna bənzər yeganə planet olan Kepler 51d-dən daha ağırdır. Yerdən təxminən 1200 işıq ili uzaqda yerləşən WASP-193b, öz ulduzundan 10.13 milyon kilometr məsafədə fırlanır və tam orbitini 6.2 günə tamamlayır. WASP-193b, Puffy Jupiters adlı planetlər sinfinə aiddir və bu sinfin uc nöqtələrini təmsil edir.
Alimlər biri şimal yarımkürəsində, digəri isə cənub yarımkürəsində olan iki robot rəsədxanası və teleskop massivindən ibarət olan WASP və ya Geniş Bucaqlı Planet Axtarış sistemindən istifadə edərək WASP-193b-ni kəşf ediblər. WASP-193b-nin kütləsi, orbitdə fırlanan zaman ulduzuna etdiyi cazibə qüvvəsini müşahidə etməklə müəyyən edilmişdir. Normal şəraitdə belə böyük planetlərin öz ulduzlarına güclü təsir göstərməsi gözlənilir. Lakin WASP-193b-nin kütləsi və sıxlığı o qədər aşağıdır ki, alimlərin bu effekti dəqiq şəkildə müəyyən etməsi 4 il çəkib. Tədqiqatda iştirak edən Andalusiya Astrofizika İnstitutunun baş elmi işçisi Francisco Pozuelos, WASP-193b-ni hazırda mövcud olan bütün formalaşma nəzəriyyələrində hara qoyacaqlarını bilmədiklərini söyləyib. Buna səbəb isə WASP-193b-nin formalaşmasının bütün bu formalaşma nəzəriyyələrinin hamısına zidd olmasıdır.
Tədqiqatçılar sözlərinə görə, şəkər pambığının sıxlığı hər kub santimetr üçün təxminən 0.05 qram təşkil etdiyi halda, WASP-193b-nin sıxlığı hər kub santimetr üçün cəmi 0.059 qram təşkil edir. Dünyanın sıxlığı isə hər kub santimetr başına 5.5 qram təşkil edir. Ona görə də, bu planeti şəkər pambığı olaraq adlandırmaq elə də səhv olmaz. Alimlər hesab edirlər ki, WASP-193b, əsasən, Yupiter və digər qaz nəhəngləri kimi hidrogen və heliumdan ibarətdir. Ancaq bu planetin necə əmələ gəldiyi və indiki atmosferini necə saxladığı hələlik sirr olaraq qalır. Tədqiqatçılar müxtəlif alətlər, o cümlədən James Webb Kosmik Teleskopu ilə planeti daha yaxından tədqiq etməyi hədəfləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Ən qədim ulduzlardan bir neçəsi Süd Yolu qalaktikasında kəşf edilib
Massaçusets Texnologiya İnstitutunun alimləri Süd Yolu qalaktikasının halosunda (sferik formada olub qalaktikanın görünən hissəsi boyunca uzanan görünməz qalaktik komponent / isti qazdan, ulduzlardan və qaranlıq materiyadan təşkil olunub) kainatın ən qədim ulduzlarından bir neçəsini kəşf ediblər.
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib.
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər
Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər.
Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub
Fransanın WEST adlı tokamakı (termonüvü sintezi prosesində plazmanın maqnit vasitəsilə saxlanması üçün qurğu) yeni rekorda imza atıb.
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!