main-post-cover

    OpenAI robotlar üçün süni zəka modellərini hazırlayacaq

    Elm & Texnologiya
    01.03.2024
    Emil Nəcəfov
         ChatGPT-nin yaradıcısı OpenAI şirkəti Figure AI adlı startap ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən OpenAI şirkəti Figure AI startapının robotları üçün yeni nəsil süni zəka modellərini hazırlayacaq. Hazırlanacaq süni zəka modelləri vasitəsilə robotlar ünsiyyət kimi yeni bacarıqları əldə edəcəklər. Figure AI öz növbəsində bildirib ki, bu əməkdaşlıq onun robotlarının məlumatları emal etmə və dil vasitəsilə əsaslandırma kimi mövzularda imkanlarını genişləndirəcək və üstəlik onların kommersiya məqsədli versiyalarının satışa çıxarılması prosesini sürətləndirəcək. Məsələn startapın Figure-01 adlı yeni robotu istehsalat, logistika və pərakəndə satış kimi sahələrdə faydalı ola bilər. Bu isə öz növbəsində işçi qüvvəsinin çatışmadığı bu sahələr üçün müsbət effekt xarakterini daşıyacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkətinin bazar dəyəri 80 milyard dollara yüksələcək
    openai-sirketinin-bazar-deyeri-80-milyard-dollara-yukselecek
    GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir
    gpt-5
    OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
    openai-ceo-su-chatgpt-ni-tarixde-ilk-defe-isqi-uzu-gormus-mobil-telefon-ile-muqayise-edib
    OpenAI realistik videoları tərtib edən Sora neyron şəbəkəsini təqdim edib (VİDEO)
    openai-realistik-videolari-tertib-eden-sora-neyron-sebekesini-teqdim-edib-video
    OpenAI Google Search-ün analoqu üzərində çalışır
    openai-google-search-un-analoqu-uzerinde-calisir