AMD kompüter oyunlarının həcmlərini azaldacaq texnologiyasını təqdim edib
Elm & Texnologiya
11.07.2024
Emil Nəcəfov
AMD şirkəti kompüter oyunlarının həcmlərini aşağı salmağa imkan verəcək yeni texnologiyasını təqdim edib. Şirkətin bu texnologiyası NTBC (Neural Texture Block Compression) adlanır. Bu texnologiya performansa heç bir təsir göstərmədən oyunlardakı teksturların sıxılmasını təmin edərək normal görüntü keyfiyyətini təqdim edir. NTBC texnologiyası kompüter oyununun həcmini 70% azalda bilər. Nəticədə “Call of Duty” kompüterin yaddaşında 150 GB deyil, 45 GB yer tutacaq. Kompüter oyunlarının həcmləri ildən-ilə artır və mövcud həllər oyunlardakı 4K keyfiyyətli yüzlərlə və minlərlə teksturların yaddaşda tutduqları yeri azaltmağa imkan vermirlər.
AMD-nin yeni texnlogiyası isə bu problemi neyron şəbəkəsi vasitəsilə teksturların sıxılması hesabına aradan qaldırır. Sözügedən texnologiya günümüzdə istifadə edilən tekstur sıxılması alqoritmləri (Block Compression / BC) ilə qismən uyğunlaşa bilir. AMD bildirib ki, ənənəvi BC-lərdən fərqli olaraq NTBC ən yaxşı sıxılma əmsallarına nail ola bilər. Bununla belə sıxılma əmsalı və görüntü keyfiyyəti arasındakı tarazlıq mövzusunda güzəştə getmək lazımdır. Belə ki, NTBC ən yaxşı sıxılma əmsallarını sərgilədiyi halda görüntü keyfiyyətinin bir qədər aşağı düşməsi qaçılmazdır. Bu mövzuda istifadəçi hansı nəticəni əldə etmək istəməsini özü seçəcək. AMD bu yeni texnologiyasının nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
AMD zamanında NVIDIA-nı almağa çox yaxın imiş
AMD zamanında NVIDIA-nı almağa çox yaxın imiş
Hemant Mohapatra adlı mühəndis 6 ildən çox müddət ərzində AMD şirkətində çalışıb və o, şirkətin qrafik çipləri ilə prosessorlarının hazırlanmasında iştirak edib. X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında Mohapatra maraqlı tarixi məlumatı bölüşüb.
PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş
PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş
Hal-hazırda AMD şirkəti prosessor satışları mövzusunda az-çox Intel ilə inamlı rəqabət apara bilir. Lakin 10 il bundan öncə vəziyyət tamamilə fərqli idi.
Microsoft DirectSR təqdim edilib: DLSS, FSR və XeSS indi bir API-də birləşir!
Microsoft DirectSR təqdim edilib: DLSS, FSR və XeSS indi bir API-də birləşir!
Microsoft, rəsmi olaraq DirectSR-in önizləməsini işə salıb. AMD, Intel və Nvidia ilə əməkdaşlıqda hazırlanmış yeni API, DLSS, FSR və XeSS-i bir araya gətirir və onları oyunlara əlavə etməyi asanlaşdırır.
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Uzun illər ərzində öz Exynos prosessorlarının aşağı keyfiyyətdə olmaları səbəbilə çoxlu sayda tənqidə məruz qalmış Samsung şirkəti vəziyyəti düzəltmək yolunda irəliləyir.
Mütəxəssislər ən performanslı 56 videokart modelinin reytinqini tərtib ediblər
Mütəxəssislər ən performanslı 56 videokart modelinin reytinqini tərtib ediblər
PCGamesHardware adlı sayt ən performanslı videokartların reytinqini tərtib edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!