Microsoft DirectSR təqdim edilib: DLSS, FSR və XeSS indi bir API-də birləşir!
Proqram Təminatı
30.05.2024
Farid Pardashunas
Microsoft, rəsmi olaraq DirectSR-in önizləməsini işə salıb. AMD, Intel və Nvidia ilə əməkdaşlıqda hazırlanmış yeni API, DLSS, FSR və XeSS-i bir araya gətirir və onları oyunlara əlavə etməyi asanlaşdırır.
DirectSR, daxili FSR 2.2 dəstəyini ehtiva edən Microsoft-un Agility SDK 1.714.0 önizləmə buraxılışı vasitəsilə hazırda istifadə oluna biləcək vəziyyətdədir. DirectSR üçün yerli dəstək GPU drayverləri vasitəsilə təmin ediləcək. DirectSR, həmçinin proqram səviyyəsində istifadə oluna bilən GPU-dan asılı olmayan variantlar üçün daxili dəstəyi ehtiva edir, bu da onu aparat konfiqurasiyaları arasında əlçatan edir. DLSS və XeSS üçün DirectSR dəstəyinə isə tezliklə buraxılacaq Intel və Nvidia-nın ən son drayverləri vasitəsilə mümkün olacaq.
Microsoft-un yeni API-si AMD, Intel və Nvidia-dan təkmilləşdirmə həllərini vahid interfeys altında birləşdirir və tərtibatçıların DLSS, FSR və XeSS-i öz oyunlarına inteqrasiya etmək üçün görməli olduqları işin miqdarını azaldır. Əvvəllər isə hər bir təkmilləşdirmə həlli ayrı SDK-lar vasitəsilə oyuna əl ilə əlavə edilməli idi. DirectSR ilə hər 3 gücləndirici bir toxunuşla oyuna tətbiq oluna bilər. Tərtibatçıların hər 3 təkmilləşdirmə həlli üçün daha asan əlçatanlıq və daha hamar inteqrasiya əldə etdiyini görmək oyunçular üçün olduqca yaxşı xəbərdir. Adaptasiya tərəfində işlər də ümidvericidir, çünki DirectSR, DirectX 12-ə əsaslanır. Hələlik, API ilkin baxış mərhələsindədir və adaptasiya edilmiş oyunlar çox məhdud sayda olacaq. Tam buraxılış tarixi bəlli deyil, lakin belə olduqda, DirectSR dəstəyinin yeni, gələcək və ya mövcud olan oyunlara inteqrasiya ediləcəyi ehtimal edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, dünyanın ən sürətli süni intellektli superkompüterini təqdim edib!
Intel, ISC High Performance 2024 tədbirində Argonne National Laboratory və Hewlett Packard Enterprise (HPE) ilə birgə hazırlanmış Aurora superkompüterini təqdim edib.
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
1 il bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti kompüterlər üçün nəzərdə tutulmuş yeni prosessorun hazırlanmasında NVIDIA ilə əməkdaşlığa başlayıb.
ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
Bir neçə il bundan öncə ABŞ hökuməti Huawei şirkətinə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Tətbiq edilmiş sərt sanksiyalar səbəbilə Huawei öz məhsullarında Intel və Qualcomm şirkətlərinin prosessorlarından istifadə imkanından məhrum olmuşdu.
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Uzun illər ərzində öz Exynos prosessorlarının aşağı keyfiyyətdə olmaları səbəbilə çoxlu sayda tənqidə məruz qalmış Samsung şirkəti vəziyyəti düzəltmək yolunda irəliləyir.
NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Hive Systems adlı şirkətin aparmış olduğu yeni tədqiqat onu göstərib ki, güclü videokartlar təkcə kompüter oyunları ilə machine learning-də deyil, həmçinin şifrələrin sındırılmasında da istifadə edilə bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ