main-post-cover

    AMD zamanında NVIDIA-nı almağa çox yaxın imiş

    Tech-Biznes
    09.07.2024
    Emil Nəcəfov
         Hemant Mohapatra adlı mühəndis 6 ildən çox müddət ərzində AMD şirkətində çalışıb və o, şirkətin qrafik çipləri ilə prosessorlarının hazırlanmasında iştirak edib. X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında Mohapatra maraqlı tarixi məlumatı bölüşüb. Onun sözlərinə əsasən zamanında AMD şirkəti NVIDIA-nı almağa çox yaxın idi. Lakin NVIDIA-nın hal-hazırki CEO-su Jensen Huang-ın bir şərti tərəflər arasında müqavilənin bağlanmasına imkan vermədi. Mohapatra, AMD şirkətində 2000-ci illərin sonunda çalışıb. Onun sözlərinə əsasən AMD şirkəti NVIDIA-nı almağı planlaşdırırdı və buna çox yaxın idi.
         Lakin Jensen Huang şərt qoymuşdu ki, tərəflər arasında müqavilənin bağlanmasından sonra AMD-nin CEO-su məhz o olacaq. Həmin vaxtda isə AMD-nin CEO-su rolunda Hector Ruiz çıxış edirdi. AMD faktiki olaraq NVIDIA-nı almaq üzrə idi. Lakin Jensen Huang buna hazır deyildi. Bununla yanaşı Jensen Huang, NVIDIA-nın qrafik prosessorlarda istifadə edilən CUDA texnologiyasını öz şirkətinin hesabında saxlamaq istəyirdi. Nəticədə tərəflər arasında razılaşma əldə olunmadı. Mohapatra bildirib ki, həmin illərdə NVIDIA videokartları yalnız kompüter oyunları üçün lazım idi və heç kim düşünmürdü ki, gələcəkdə onun bazar dəyəri AMD və Intel şirkətlərinin bazar dəyərlərindən yüksək olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş
    playstation-4-oyun-konsolu-vaxti-iken-amd-ni-iflasdan-xilas-edibmis
    Nvidia, 50 trilyon dollarlıq “AI avtomatlaşdırma” bazarına hazırlaşır!
    nvidia-50-trilyon-dollarliq-ai-avtomatlasdirma-bazarina-hazirlasir
    Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
    nvidia-dlss-gelecekde-generativ-suni-intellektden-istifade-edecek
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib
    NVIDIA, Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən bahalı şirkətinə çevrilib
    nvidia-apple-sirketini-geride-qoyaraq-dunyanin-ikinci-en-bahali-sirketine-cevrilib