Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!
Elm & Texnologiya
26.11.2024
Farid Pardashunas
Elm adamları saatda 3.2 milyon km sürətlə baş verən kosmik toqquşmanı qeydə alıblar. Stephan's Quintet qalaktika qrupunda baş verən bu toqquşma nadir görüntülər təqdim edib.
Stephan's Quintet, 1877-ci ildə kəşf edilmiş və 5 qalaktikadan ibarət bir qrupdur. "Qalaktik kəsişmə" adlandırılan bu bölgə, əvvəlki toqquşmaların qalıqları ilə doludur. Lakin bu qrup göründüyü qədər sakit deyil. İndi isə bu qalaktikalar yavaş-yavaş birləşərək nəhəng bir qalaktika yaratmağa doğru irəliləyirlər. Buradakı "yavaş" termini insan təcrübəsi ilə müqayisədə olduqca nisbidir. Milyonlarla kilometr sürətlə hərəkət edən bu qalaktikaların birləşmə prosesini tamamlamaq üçün hələ bir neçə milyon il lazım olacaq.
Son toqquşma bu dinamik bölgəni yenidən “canlandıraraq” alimlərə kainatda qalaktikaların qarşılıqlı təsirlərini anlamaq üçün unikal bir fürsət yaradıb. Maraqlısı isə odur ki, bu qrup “Beşlik” adlandırılsa da, toqquşmada yalnız 4 qalaktika iştirak edir. Yuxarı sol küncdə görünən qalaktika, digər qalaktikalardan 200 milyon işıq ili daha yaxındır. 1877-ci ildə Marsel Rəsədxanasında fransız astronomu Édouard Stephan bu mənzərəni kəşf edərkən bu fərqi müəyyən etmək imkanı yox idi, buna görə də qrupun “beşlik” adlanması təəccüblü deyil.
Bu möhtəşəm hadisə İspaniyanın La Palma adasındakı William Herschel Teleskopuna qoşulmuş WEAVE spektroqrafı vasitəsilə müşahidə olunub. 20 milyon avro dəyərində olan bu müasir teleskop qalaktikalar arasındakı mürəkkəb münasibətləri anlamaqda mühüm rol oynayır. Tədqiqatda həmçinin LOFAR, James Webb Kosmik Teleskopu və VLA kimi digər rəsədxanalardan əldə edilən məlumatlardan da istifadə edilib.
60-dan çox beynəlxalq astronomun iştirak etdiyi bu tədqiqat xüsusilə NGC 7318b qalaktikasının təsirini araşdırmağa yönəlib. NGC 7318b, qrupdakı digər qalaktikalara arxadan çırpılaraq irəliləyir və sanki Yerə doğru gəlirmiş kimi görünür. Bu qalaktikanın saatda 3.2 milyon kilometr sürəti ətrafındakı qalaktikalarda güclü şok dalğası yaradır.
Hertfordshire Universitetindən Dr. Marina Arnaudova bu toqquşmanı “döyüş təyyarəsindən çıxan səs partlayışına” bənzədərək, şok dalğasının kainatdakı ən təsirli hadisələrdən biri olduğunu bildirib. Şok dalğası soyuq qaz ciblərindən keçərək hipersəs sürətlə hərəkət edir, atomları ionlaşdırır və arxasında parlaq ionlaşmış qaz izləri buraxır. Lakin isti qaz bölgələrində bu şok zəifləyir, qazı sıxaraq radio dalğaları yaradır. Alimlər bu tədqiqatın yalnız başlanğıc olduğunu vurğulayaraq, WEAVE-nin növbəti 5 il ərzində daha bir çox mühüm kəşflərə imza atacağını qeyd ediblər.
Linki kopyala
james webb telescope
james webb space telescope
space news
space
cosmos
kosmos
james webb
Stephan's Quintet
NGC 7318b
cosmic news
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
James Webb Kosmik Teleskopu kainatın ilkin dövrlərindəki təəccüblü “Qırmızı Canavarlar”ı ortaya çıxarıb. Bu kəşf, kainat modellərini kökündən dəyişir.
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Astronomlar qalaktikamızdan kənarda yerləşən bir ulduzun ilk yaxın görüntüsünü əldə ediblər. Bizdən 160.000 işıq ili uzaqlıqda yerləşən WOH G64 adlı ulduz, sönmək üzrə olan bir qalaktikada yerləşir.
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Durham Universitetində çalışan astrofiziklərin yayımladığı məqaləyə əsasən, qalaktikamızda milyardlarla planet olmasına baxmayaraq, yadplanetlilərlə qarşılaşmamağımızın səbəbi onların başqa bir kainatda ola biləcəyidir.
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Elm adamları on illərdir Süd Yolu qalaktikasını qalaktikaların necə formalaşdığını anlamaq üçün model olaraq istifadə edirlər. Ancaq Süd Yolu mükəmməl bir istisna ola bilər.
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
Avropa Kosmik Agentliyi (ESA) Solar Orbiter kosmik gəmisindən istifadə edərək Günəşin səthinin cəmi 74 milyon kilometr məsafədən indiyədək ən yüksək ayırdetmə görüntülərini qeydə alıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!