Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
Elm & Texnologiya
25.11.2024
Farid Pardashunas
James Webb Kosmik Teleskopu kainatın ilkin dövrlərindəki təəccüblü “Qırmızı Canavarlar”ı ortaya çıxarıb. Bu kəşf, kainat modellərini kökündən dəyişir.
James Webb Kosmik Teleskopunun məlumatları, kainatın ilkin dövrlərinə dair mövcud anlayışları alt-üst edir. İsveçrədə yerləşən Cenevrə Universitetinin rəhbərliyi ilə aparılan yeni tədqiqatda alimlər Böyük Partlayışdan cəmi 1 milyard il sonra mövcud olan və demək olar ki, Süd Yolu qədər böyük olan 3 nəhəng qalaktika aşkar ediblər. Bu qalaktikalar qırmızı tonlarda olduqları üçün “Qırmızı Canavarlar” adlandırılıb. Uzun illər boyunca alimlər qalaktikaların formalaşmasının müəyyən bir modelə uyğun olduğunu düşünüblər. Onlara görə, kosmik qaz klasterlərdə toplanır, ulduzlar bu klasterlərdə yaranır və bu quruluşlar milyardlarla il ərzində tədricən böyüyür. Beləliklə, kainatın təxminən 14 milyard illik tarixi nəzərə alınaraq, ilk dövrlərində qalaktikaların hələ tam inkişaf etməmiş, kiçik və az kütləli olacağı gözlənilirdi.
Lakin bu model 2021-ci ildə James Webb Kosmik Teleskopunun buraxılması ilə dəyişdi. Teleskopdan əldə edilən məlumatlar onu göstərdi ki, kainatın ilkin dövrlərində artıq tam formalaşmış böyük qalaktikalar mövcud olub. Bu kəşf kosmologiya sahəsində əsas nəzəriyyələrin yenidən qiymətləndirilməsinə səbəb olub. Əvvəlcə bu nəhəng qalaktikaların ölçüləri və parlaqlıqlarının aktiv qara dəliklərdən qaynaqlana biləcəyi düşünülürdü. Ancaq yeni məlumatlar onu göstərdi ki, bu qalaktikaların mərkəzində aktiv qalaktik nüvələr yoxdur. Bu isə onların böyük kütlələrinin və yüksək ulduz əmələ gətirmə sürətlərinin bilavasitə qalaktikalara aid olduğunu göstərir. Amma bu necə mümkün olub?
Cenevrə Universitetindəki beynəlxalq bir tədqiqat qrupu James Webb Teleskopunun FRESCO tədqiqatından əldə edilən məlumatları araşdırıb. Bu məlumatlar göstərir ki, qalaktikaların qırmızıya sürüşmə göstəricisi z = 5-dən z = 9-a qədərdir. Bu, qalaktikaların işığının Böyük Partlayışdan cəmi 1-1.5 milyard il sonra yola çıxdığını göstərir. Qırmızıya sürüşmə işığın kainatın genişlənməsi səbəbindən daha uzun dalğa uzunluqlarına keçməsini ifadə edir və qalaktikaların yaşını təyin etmək üçün mühüm ölçü hesab olunur. Tədqiqat zamanı qalaktikaların məsafəsini və ulduz kütlələrini ölçmək üçün James Webb Teleskopunun Yaxın İnfraqırmızı Kamerası istifadə edilib. Teleskopun infraqırmızı işığı müşahidə etmək qabiliyyəti, kosmik tozla örtülmüş bu qalaktikaları daha ətraflı araşdırmağa imkan verir.
Araşdırmada analiz edilən 36 böyük kütləli qara dəliyin əksəriyyətinin qalaktika formalaşması modellərinə uyğun olduğu, lakin 3-nün “ultranəhəng” kateqoriyasına aid edilərək qeyri-adi dərəcədə yüksək ulduz əmələ gətirmə sürətinə malik olduğu bildirilib. Tədqiqatçılara görə, bu qalaktikalarda ulduzlar kainatın daha sonrakı dövrlərindəki qalaktikalara nisbətən 2-3 dəfə daha effektiv şəkildə formalaşır. “Qırmızı Canavarlar”ın ulduz kütlələrinin böyük olması, mövcud qazın 50%-nin ulduza çevrilməsini tələb edir. Halbuki müasir qalaktikalarda bu göstərici adətən 20% dəyərində olur. Bu, ilkin kainatın qalaktika formalaşmasını sürətləndirən fərqli şərtlərə malik olduğunu göstərir.
Araşdırmanın baş müəllifi Mengyuan Xiao bildirir ki, bu kəşf ilkin kainatın dinamikasını anlamaqda inqilabi əhəmiyyət daşıyır: "Bu qalaktikaları daha dərindən araşdırmaq, kainatın ilk dövrlərini formalaşdıran şərtlərlə bağlı yeni məlumatlar təqdim edəcək. “Qırmızı Canavarlar” ilkin kainatın araşdırılmasında yeni bir dövrün başlanğıcıdır". James Webb Teleskopu və Atacama Large Millimeter Array kimi qabaqcıl texnologiyalar vasitəsilə aparılacaq gələcək müşahidələr, bu nəhəng qalaktikaların formalaşmasının sirrini daha da aydınlaşdıra bilər. Daha böyük nümunələrlə aparılacaq tədqiqatlar ilkin kainatda bu qədər sürətli böyüməni mümkün edən qaz bolluğu, soyuma sürətləri və digər amillərə işıq sala bilər.
Linki kopyala
james webb telescope
james webb space telescope
cosmos
milky way
sud yolu qalaktikasi
science
science news
elmi xeberler
big bang
boyuk partlayis
Scientific news
space news
james webb
sud yolu
red monsters
qirmizi canavarlar
elmi xeber
elmi araşdırma
jwst
cosmic news
Bənzər xəbərlər
Oxşar xəbərlər
Fransadakı bir mağara neandertalların necə yox olduğuna dair sirrləri ortaya çıxa bilər!
Fransadakı bir mağara neandertalların necə yox olduğuna dair sirrləri ortaya çıxa bilər!
Min illər əvvəl yaşamış neandertalların məhv olmasının sirri, alimlərin fikrincə, Fransadakı bir mağarada gizlənə bilər. Gəlin, bu mövzunun detallarına daha yaxından baxaq.
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Astronomlar qalaktikamızdan kənarda yerləşən bir ulduzun ilk yaxın görüntüsünü əldə ediblər. Bizdən 160.000 işıq ili uzaqlıqda yerləşən WOH G64 adlı ulduz, sönmək üzrə olan bir qalaktikada yerləşir.
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Durham Universitetində çalışan astrofiziklərin yayımladığı məqaləyə əsasən, qalaktikamızda milyardlarla planet olmasına baxmayaraq, yadplanetlilərlə qarşılaşmamağımızın səbəbi onların başqa bir kainatda ola biləcəyidir.
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Elm adamları on illərdir Süd Yolu qalaktikasını qalaktikaların necə formalaşdığını anlamaq üçün model olaraq istifadə edirlər. Ancaq Süd Yolu mükəmməl bir istisna ola bilər.
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
Avropa Kosmik Agentliyi (ESA) Solar Orbiter kosmik gəmisindən istifadə edərək Günəşin səthinin cəmi 74 milyon kilometr məsafədən indiyədək ən yüksək ayırdetmə görüntülərini qeydə alıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!