Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
Elm & Texnologiya
23.11.2024
Farid Pardashunas
Astronomlar qalaktikamızdan kənarda yerləşən bir ulduzun ilk yaxın görüntüsünü əldə ediblər. Bizdən 160.000 işıq ili uzaqlıqda yerləşən WOH G64 adlı ulduz, sönmək üzrə olan bir qalaktikada yerləşir.
Çilidəki Universidad Andrés Bello-nun astrofiziki Keiichi Ohnaka, əldə edilən yeni görüntülərin supernova partlamasına hazırlaşan bir ulduzun ətrafındakı qaz və toz buludunu göstərdiyini bildirib. "İlk dəfədir ki, Süd Yolu xaricində yerləşən bir qalaktikada sönməkdə olan bir ulduzun yaxın görüntüsünü əldə etdik" deyən Ohnaka, ulduzun ətrafında yumurta şəklində bir qabığın aşkarlandığını söyləyib. Bu qabığın, ulduzun partlamadan öncə maddə yayması ilə əlaqəli ola biləcəyi ehtimal edilir. WOH G64, Süd Yolunun ətrafında dövr edən Kiçik Magellan Buludu adlı qalaktikada yerləşir. Təxminən Günəşdən 2.000 dəfə böyük olan bu nəhəng ulduz astronomlar tərəfindən "Behemot Star" adlandırılıb. 30 ildən çox müddətdə müşahidə olunan bu ulduzun ilk dəqiq görüntüsünü əldə etmək üçün texnologiyanın inkişafı gözlənilirdi.
Bilməyənlər üçün qeyd edək ki, bir ulduzun ömrünün son mərhələsində baş verən inanılmaz güclü partlama, supernova adlanır. Bu, ulduzun nüvə yanacağının tükənməsi və daxili təzyiqi balanslaşdıran xarici qüvvələrin çökməsi nəticəsində baş verir. Supernovalar kainatdakı ən parlaq hadisələrdən biridir, çünki qısa müddət ərzində Günəşin milyardlarla qatı qədər parlaqlığa sahib ola bilərlər. Supernova partlayışından sonra ulduzun nüvəsi çökərək neytron ulduzu və ya kütləsindən asılı olaraq qara dəlik yaradır. Ulduzun xarici qatları isə kosmosa yayılaraq supernova qalığına çevrilir. Bu qaz və toz buludları yeni ulduz və planet sistemlərinin xammalı rolunu oynayır.
Astronomlar 2005 və 2007-ci illərdə ulduzun xüsusiyyətlərini araşdırmaq üçün ilkin tədqiqatlar aparmışdılar. Lakin ulduzun aydın görüntüsünü əldə etmək yalnız VLTI-nin ikinci nəsil cihazlarından biri olan GRAVITY-nin inkişafı ilə mümkün olub. Əldə edilən yeni görüntülər, ulduzun son 10 ildə xeyli zəifləmiş olduğunu göstərir. Alimlər bu vəziyyəti, ulduzun təkamülünü real vaxtda müşahidə etmək baxımından "nadir fürsət" kimi qiymətləndirirlər.
WOH G64 kimi qırmızı nəhənglər ömrünün son mərhələlərində xarici qatlarını qaz və toz şəklində yayaraq minlərlə il davam edə biləcək bir proses yaşayır. Ulduzdakı bu dramatik dəyişikliklərin partlayaraq supernova halına keçmə prosesini sürətləndirə biləcəyi düşünülür. Alimlər hesab edirlər ki, ulduzdan yayılan maddələr həm onun zəifləməsinə, həm də ətrafındakı toz qabığının gözlənilməz formasına səbəb ola bilər. Toz buludunun yumurta formasında olması alimləri təəccübləndirib, çünki əvvəlki müşahidələr və kompüter modelləri fərqli bir forma proqnozlaşdırmışdı. Bu anomaliyanın, ulduzun yoldaş ulduza sahib olması ehtimalı və ya maddə yayılma proseslərindəki naməlum təsirlərdən qaynaqlana biləcəyi düşünülür. Ulduzun getdikcə zəifləməsi, daha çox yaxın görüntülər əldə etməyi çətinləşdirsə də, VLTI-nin gələcək yeniləmələri (məsələn, GRAVITY+ layihəsi) bu maneələri aradan qaldırmağı vəd edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
Durham Universitetində çalışan astrofiziklərin yayımladığı məqaləyə əsasən, qalaktikamızda milyardlarla planet olmasına baxmayaraq, yadplanetlilərlə qarşılaşmamağımızın səbəbi onların başqa bir kainatda ola biləcəyidir.
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!
Elm adamları on illərdir Süd Yolu qalaktikasını qalaktikaların necə formalaşdığını anlamaq üçün model olaraq istifadə edirlər. Ancaq Süd Yolu mükəmməl bir istisna ola bilər.
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
Avropa Kosmik Agentliyi (ESA) Solar Orbiter kosmik gəmisindən istifadə edərək Günəşin səthinin cəmi 74 milyon kilometr məsafədən indiyədək ən yüksək ayırdetmə görüntülərini qeydə alıb.
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
Əgər daha əvvəl Ay tutulmasına şahid olmusunuzsa, Ayın ətrafında yaranan haləni görmüsünüz. Buna bənzər bir struktur Günəşin və qara dəliklərin ətrafında da mövcuddur. Alimlər qara dəliklərin ətrafında yerləşən haləni görüntüləyə biliblər.
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
NASA-nın James Webb Teleskopu Plutonun ən böyük peyki olan Charon-da karbon dioksid (CO2) və hidrogen peroksid izlərini aşkarlayıb. Bu kəşf, kosmosdakı buz kütlələrinin təkamülünə işıq tuta bilər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!