Tesla 14 000 nəfər işçini ixtisar edəcək
Tech-Biznes
16.04.2024
Farid Pardashunas
Elon Musk-ın sözlərinə əsasən Tesla şirkəti öz işçilərinin 10%-ni ixtisar edəcək. Bu, 14 000 nəfər işçinin işdən azad ediləcəyi deməkdir. Musk bildirib ki, bu qərar şirkətin gələcəkdəki növbəti inkişaf mərhələsinə hazırlıq üçün verilib. Qeyd etmək lazımdır ki, şirkətlər tərəfindən verilən bu cür qərarlar radikal görünsələr də, uzunmüddətli stabilliyin təmin olunması yolunda atılması lazım olan addımlardır. 2023-cü ilin dekabr ayına olmuş statistikaya əsasən Tesla-da ümumilikdə 140 473 nəfər işçi çalışıb.
Planlaşdırılan ixtisarlar şirkət xərclərinin strateji tənzimlənməsi üçün atılır. Bununla yanaşı bu, növbəti inkişaf mərhələsi və yeni bazarlara çıxış üçün stimul da ola bilər. Son aylar ərzində Tesla səhmlərinin ümumi dəyəri 31% aşağı düşüb. Elektromobil satışları alıcılar arasında məşhurlaşmaqda davam etsə də, satışların artma tempi ümumilikdə ləngiyib. Hal-hazırda Tesla digər şirkətlərlə inanılmaz yüksək rəqabətdədir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin sonuna kimi Çinin BYD şirkəti “dünyanın aparıcı elektromobil istehsalçısı” statusunu Tesla-nın əlindən almışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Elon Musk Tesla-nın pilotsuz taksisinin təqdimatını elan edib
Son zamanlarda Tesla elektromobillərinin satışları və gəlirləri aşağı düşüb. Bundan əlavə olaraq məlumata əsasən şirkət öz büdcəli elektromobil ideyasından da imtina edib.
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Tesla büdcəli elektromobil istehsalı ideyasından imtina edib
Elon Musk uzun illər ərzində Tesla-nın büdcəli elektromobil hazırlayacağını söz verirdi. Lakin görünür, şirkət büdcəli elektromobil ideyasından imtina edib.
Növbəti nəsil Tesla Roadster barəsində yeni təfərrüatlar verilib
Növbəti nəsil Tesla Roadster barəsində yeni təfərrüatlar verilib
Bir neçə gün bundan öncə Elon Musk bildirdi ki, Tesla özünün yeni nəsil Roadster idman elektromobilini artıq gələn il satışa çıxartmağı planlaşdırır.
Apple elektromobil layihəsi barəsində yeni təfərrüatlar məlum olub
Apple elektromobil layihəsi barəsində yeni təfərrüatlar məlum olub
Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti öz elektromobil layihəsini tamamilə ləğv edib. İndi isə The New York Times bu mövzu ilə bağlı yeni təfərrüatları təqdim edib. Məlum olub ki, Apple bu mövzuda hazır biznesi almağı nəzərdən keçirirmiş.
Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Tesla şirkəti yeni nəsil Roadster idman elektromobilini hələ 2017-ci ilin sonunda təqdim etmişdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!