Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
Nəqliyyat
28.02.2024
Emil Nəcəfov
Tesla şirkəti yeni nəsil Roadster idman elektromobilini hələ 2017-ci ilin sonunda təqdim etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, o, yeni nəsil Roadster-in satışlarına 2020-ci ildə start verməyi planlaşdırır. Lakin nəticədə bu, baş vermədi. İndi isə Tesla şirkətinin CEO-su Elon Musk bildirib ki, şirkət yeni nəsil Roadster-i artıq gələn il satışa çıxartmağı planlaşdırır. Musk bildirib ki, şirkət artıq yeni Roadster-in dizaynını hazırlayıb. Görünür, elektromobilin yeni dizaynı 2017-ci ildə baş tutmuş Roadster dizaynından bir qədər fərqlənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Elon Musk haqlı idi: Cybertruck həqiqətən də suda batmır! - VİDEO
Teslanın ikonik pikap maşını olan Cybertruck, polad korpusu və qeyri-adi dizaynı ilə yanaşı, maraqlı xüsusiyyətləri ilə də populyarlaşmağa davam edir. Avtomobil ilk dəfə təqdim ediləndə Elon Musk iddia edirdi ki, Cybertruck qayıq kimi xidmət edəcək qədər suya davamlıdır və çayları, gölləri, hətta dalğalı olmayan dənizləri də keçə bilir. Nəhayət, bir istifadəçi pikap maşınının dərin sulardan keçmə qabiliyyətini sınaqdan keçirdə bilib.
Tesla 25 000$-lıq elektromobilini 2025-ci ildə satışa çıxara bilər
Tesla 25 000$-lıq elektromobilini 2025-ci ildə satışa çıxara bilər
Tesla elektromobillər üçün nəzərdə tutulmuş detalların təchizatçılarına bildirib ki, o, 2025-ci ilin ortasında Redwood kod adına sahib elektromobilinin kütləvi istehsalına start verməyi planlaşdırır.
Tesla elektromobillərində avtopilot sistemini süni zəka idarə edəcək
Tesla elektromobillərində avtopilot sistemini süni zəka idarə edəcək
Tesla şirkəti özünün FSD (Full Self-Driving) adlı avtopilot sistemi üçün nəzərdə tutulmuş böyük yenilənmənin beta versiyasını istifadəyə verib.
Tesla Optimus robotunun yeni bacarığı sərgilənib (VİDEO)
Tesla Optimus robotunun yeni bacarığı sərgilənib (VİDEO)
Tesla şirkətinin Optimus adlı robotunun ikinci versiyası olan Optimus Gen 2 köynəkləri səliqəli şəkildə qatlamaq bacarığını öyrənib.
Tesla Cybertruck-ın iştirakı ilə ilk avtomobil qəzası baş verib (VİDEO)
Tesla Cybertruck-ın iştirakı ilə ilk avtomobil qəzası baş verib (VİDEO)
Bir neçə gün bundan öncə Kaliforniyada Tesla Cybertruck-ın iştirakı ilə baş vermiş ilk yol qəzası qeydə alınıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!