main-post-cover

    Apple elektromobil layihəsi barəsində yeni təfərrüatlar məlum olub

    Nəqliyyat
    29.02.2024
    Emil Nəcəfov
         Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti öz elektromobil layihəsini tamamilə ləğv edib. İndi isə The New York Times bu mövzu ilə bağlı yeni təfərrüatları təqdim edib. Məlum olub ki, Apple bu mövzuda hazır biznesi almağı nəzərdən keçirirmiş. Belə ki, şirkət Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparıb. Məlumatda qeyd edilib ki, Apple şirkətinin bəzi əməkdaşları bu layihənin ləğv edilməsinə seviniblər. Belə ki, onlar Apple elektromobilinin uğursuz olma ehtimalının yüksək olduğunu düşünürlər. The New York Times-ın təqdim etmiş olduğu məlumatlarda qeyd edilib ki, Apple öz elektromobili üzərində ilk Apple Watch modelinin hazırlanma mərhələsinin yekunlaşmasından sonra çalışmağa başlayıb.
         Yəni söhbət, 2014-cü ildən gedir. Həmin illərdə Apple Tesla ilə rəqabət aparmağa və avtomobil sahəsinin müəyyən hissəsini əldə etməyə hədəflənmişdi. Ən maraqlısı isə ondadır ki, Apple rəhbərliyinin Tesla-nın alınması mövzusunda Elon Musk ilə danışıqlar aparmış olduğu iddia edilir. Lakin daha sonra rəhbərlik belə bir qənaətə gəldi ki, fərdi elektromobilin hazırlanması daha perspektivli olacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ildə Tesla Model 3 elektromobilinin hazırlanma prosesində çətinliklər yarandığı zaman Musk-ın özü Apple CEO-su Tim Cook-a Tesla-nın satılması təklifini göndərmişdi.
         Musk-ın sözlərinə əsasən həmin vaxtda Cook bu cür təklifdən imtina etdi. Həmin xəbərdən yarım il sonra The Wall Street Journal qeyd etmişdi ki, Tim Cook müəyyən müddətdən sonra Musk-a Tesla-nın əldə edilməsi təklifini edib. Məlumatda qeyd edilmişdi ki, Musk təklifdə maraqlı olsa da onun bir şərti var idi. Belə ki, Musk Apple şirkətinin CEO-su olmalı idi. The New York Times-ın məlumatlarında qeyd edilmiş ən maraqlı fakt isə ondan ibarətdir ki, Apple öz elektromobil layihəsinə ümumilikdə 10 milyard dollar vəsait sərf edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Keçmiş Android istifadəçiləri keçən il hansı iPhone modellərinə üstünlük veriblər?
    kecmis-android-istifadecileri-kecen-il-hansi-iphone-modellerine-ustunluk-veribler
    iPadOS 18-i əldə edəcək iPad planşetlərinin siyahısı məlum olub
    ipados-18-i-elde-edecek-ipad-plansetlerinin-siyahisi-melum-olub
    iOS 18-i əldə edəcək iPhone modellərinin qeyri-rəsmi siyahısı təqdim edilib
    ios-18-i-elde-edecek-iphone-modellerinin-qeyri-resmi-siyahisi-teqdim-edilib
    Apple yeni naqilsiz Beats qulaqlığını hazırlayır
    apple-yeni-naqilsiz-beats-qulaqligini-hazirlayir
    Tesla yeni nəsil Roadster-i artıq gələn il satışa çıxara bilər
    tesla-yeni-nesil-roadster-i-artiq-gelen-il-satisa-cixara-biler