main-post-cover

    Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində fikirlərini bölüşüb

    Tech-Biznes
    06.09.2024
    Emil Nəcəfov
         Telegram-ın yaradıcısı Pavel Durov bir neçə müddət bundan öncə azadlığa buraxılandan sonra ilk dəfə messencerdəki fərdi kanalında onunla baş vermiş hadisə ilə bağlı fikirlərini təqdim edib. Fərdi Telegram kanalında paylaşılmış mesajda Durov, Fransa hökuməti ilə olan konflikt barəsində fərdi baxışını açıqlayıb, Telegram platformasının yaradılışı və dəstəklənməsi prinsiplərini aydınlaşdırıb, Telegram-ın çalışma prosesinin yaxşılaşdırılmasına söz verib və istifadəçilərə onu dəstəklədiklərinə görə təşəkkür edib. Durov bildirib ki, Parisə gəldiyi və gəldiyi zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra 4 gün ərzində polis rəsmilərinə ifadə verib.
         Fransa hökuməti ona bildirib ki, bəzi istifadəçilərin Telegram-dan sui-istifadə hallarına və Telegram administrasiyasının hökumət sorğularına cavab verməməsinə görə o, məsuliyyətə cəlb edilə bilər. Lakin Durov-un sözlərinə əsasən bu iddialar bir qədər gözlənilməz olub. Belə ki, Telegram-ın Avropa Birliyi regionu üzrə rəsmi təmsilçisi var və onunla əlaqə yaratmaq çətin deyil. Bununla yanaşı Fransa vətəndaşlığına sahib Durov Dubayda dəfələrlə Fransa konsolluğunda olub və ona istənilən mövzu ilə bağlı konsolluqda müraciət edə bilərdilər. Üstəlik hansısa dövlət hansısa servisdən məmnun olmadığı halda dövlət adətən onunla mübarizə prosesinə servisə qarşı məhkəmə iddiası qaldırmaqla başlayır.
        Üçüncü tərəflərin reallaşdırdıqları cinayətlər səbəbilə platforma rəhbərinin və ya rəhbərlərinin məsuliyyətə cəlb edilməsi kimi köhnəlmiş üsullar artıq istifadə edilmir. Durov bildirib ki, texnoloji məhsulun hazırlanması elə də asan bir proses deyil. Əgər kimsə nəsə yaratmaq həvəsinə düşsə və bilsə ki, onun yaratmış olduğu məhsul digərləri tərəfindən sui-istifadə ediləcək və bu səbəbdən məhsulun yaradıcısı məsuliyyətə cəlb olunacaq, böyük ehtimalla həmin şəxs planlaşdırdığı məhsulu yaratmaz. Daimi olaraq müxtəlif ölkələrin və regionların bir-birilərindən fərqlənən qanunlarına riayət etmək lazım gəlir.
         Bununla belə konfidensiallıq ilə təhlükəsizlik arasındakı tarazlığın qorunması vacib məqamdır. Rusiya və İranda Telegram-a qarşı narazılıqlar yarandığı zaman platforma bu ölkələrdə bloklanmışdı. Digər tərəfdən Telegram-ın istifadəçi kütləsi artıq milyarda yaxınlaşıb. Buna görə də platformadakı vəziyyəti yaxşılaşdırmaq mütləq şərtdir. Bu prosesə artıq start verilib və şirkət yaxın zamanda bu barədə məlumat verəcək. “Ümid edirəm ki, avqust ayındakı hadisələr Telegram-ı və bütün sosial şəbəkə sahəsini təhlükəsiz və güclü edəcək. Sevginiz və internet memlərə görə çox sağolun” - deyə Durov qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
    telegram-cenubi-koreya-hokumetinden-uzr-isteyib
    Fransa hökumətinin Pavel Durov ilə bağlı istintaqı bir neçə ay davam edə bilər
    fransa-hokumetinin-pavel-durov-ile-bagli-istintaqi-bir-nece-ay-davam-ede-biler
    Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
    cenubi-koreyada-telegram-ile-bagli-istintaqa-start-verilib
    Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib
    avropa-birliyi-telegram-a-qarsi-istintaqa-start-verib
    Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
    pavel-durov-5-milyon-avroluq-girov-qarsiliginda-serbest-buraxilib