Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Sosial Media
29.08.2024
Emil Nəcəfov
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi. Bununla yanaşı Durov 5 milyon avro girov qarşılığında sərbəst buraxılıb. Lakin onun Fransa ərazisini tərk etməsinə də qadağa qoyulub. Fransa məhkəməsi tərəfindən təyin edilmiş qərara əsasən Durov həftədə 2 dəfə polis bölməsinə baş çəkməlidir. Məlumata əsasən Durov 6 qanun pozuntusunda ittiham olunur.
- Qeyri-qanuni tranzaksiyaların təmin olunmasında iştirak
- Pornoqrafik materialların yayılmasında iştirak. O cümlədən azyaşlıları əhatə edən pornoqrafik materialların yayılması da bu mövzuya daxil edilib
- Narkotik vasitələrin dövriyyəsində iştirak
- Kriptoloji xidmətlərin təqdim edilməsi
- Səlahiyyətli dövlət orqanların sorğuları əsasında lazımi məlumatların və sənədlərin təqdim edilməsindən imtina.
Durov-a qarşı qaldırılmış bu ittihamlar üzrə o, 10 il müddətinə azadlıqdan məhrum ola bilər. Qeyd etmək lazımdır ki, daha öncə Durov-a qarşı 12 mövzuda ittihamların qaldırılması gözlənilirdi. Bu halda onu 20 il müddətinə azadlıqdan məhrum olma cəzası gözləyə bilərdi. Paris prokurorluğu bildirib ki, Fransanın hüquq-mühafizə orqanları bu ilin fevral ayından Telegram barəsində araşdırmanın aparılmasına start veriblər.
Səbəb isə messencer rəhbərliyinin Fransa məhkəməsi sorğularına cavab verməməsi olub. Daha əvvəl də xəbər verildiyi kimi Telegram-da ciddi moderasiyanın olmaması səbəbilə Durov, Fransanın hüquq-mühafizə orqanlarının diqqətlərini öz üzərinə cəlb edib. Messencerdə ciddi moderasiyanın olmaması səbəbilə o, cinayətkarlar arasında çox məşhurlaşıb. Hüquq-mühafizə orqanlarının vermiş olduqları məlumata əsasən messencer bu vəziyyətin duzəlməsi istiqamətində heç bir səy göstərməyib və üstəlik dövlət orqanları ilə əməkdaşlıqdan imtina edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Pavel Durov həbsdən azad edilib
Pavel Durov həbsdən azad edilib
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə çalışırlar
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb.
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
Telegram-ın qurucusu Pavel Durov, ona qarşı irəli sürülən ittihamlara görə Fransada saxlanılıb. Twitter-də isə bu mövzudakı hashtag-ların maraqlı şəkildə bloklandığı müşahidə edilib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!