Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
Sosial Media
03.09.2024
Emil Nəcəfov
Cənubi Koreya polisi Telegram barəsində istintaqa start verib. Belə ki, messencer koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinir. Cənubi Koreya polisi istintaqa bu mövzu ətrafında Telegram barəsində olmuş çoxlu sayda şikayətlərdən sonra start verib. Reuters saytının vermiş olduğu məlumata əsasən istintaq deepfake texnologiyası vasitəsilə yaradılan pornoqrafik məzmunlu saxta foto və videoların yayılma hallarının çoxalması səbəbilə adi vətəndaşların və siyasətçilərin narazılıqları fonunda başlayıb.
Cənubi Koreyanın yerli kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən bu cür saxta materiallar əsasən Telegram üzərindən yayılırlar. Milli Polis İdarəsinin rəhbəri Cho Ji-ho hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, polis departamenti konfidensial yazışmalar xidmətini təmin edən kommunikasiya servislərinin sahiblərini cinayətlərin yerinə yetirilməsində iştiraka görə məsuliyyətə cəlb etmə imkanını nəzərdən keçirir.
Qeyd etmək lazımdır ki, Cənubi Koreyada start götürmüş istintaq Fransa hökuməti tərəfindən Telegram-ın yaradıcısı Pavel Durov-a qarşı aparılan istintaq ilə üst-üstə düşüb. Personal məlumatların qorunması sahəsində fəaliyyət göstərən Security Hero adlı ABŞ startapının məlumatlarına əsasən Cənubi Koreya deepfake-lərin istifadəsi ilə ən çox kiberhücuma məruz qalan ölkədir. Statistikaya əsasən Cənubi Koreyada pornoqrafik məzmunlu kontentlərin qurbanlarına çevrilmiş şəxslərin 53%-ni müğənnilər və aktrisalar təşkil edirlər. Polis idarəsinin sözlərinə əsasən bu il deepfake-lər ilə bağlı cinayət hallarının sayı 297-ə yüksəlib. 2021-ci ildə isə bu göstərici 156 idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib
Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib
Avropa Birliyinin şübhələrinə əsasən Telegram kontentin moderasiyası ilə bağlı daha sərt qaydalardan yan keçmək üçün öz istifadəçi kütləsinin sayını bilərəkdən aşağı səviyyədə göstərib.
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi.
Pavel Durov həbsdən azad edilib
Pavel Durov həbsdən azad edilib
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
Telegram-ın yaradıcısı Pavel Durov-un 24 oktyabr tarixində Fransanın hüquq-mühafizə orqanları tərəfindən Paris hava limanında saxlanılmasından sonra ölkənin bir sıra dövlət strukturlarının saytları haker qruplaşmaları tərəfindən DDoS hücuma məruz qalıblar.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!