İlk qatlana bilən iPhone ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edə bilər
Cihazlar+
25.09.2024
Emil Nəcəfov
Apple şirkətinin potensial qatlana bilən ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkətinin ilk qatlana bilən smartfonu ekranın alt hissəsinə yerləşdirilmiş kamera texnologiyasını əldə edə bilər. Koreyanın The Elec saytı bildirib ki, Apple şirkəti smartfonları üçün ekran istehsalı ilə məşğul olan iki vacib partnyorunun bu texnologiyanı lazımi səviyyədə mənimsəyəcəyi zamanı gözləyir. Söhbət, Samsung və LG şirkətlərindən gedir.
Məlumatda qeyd edilib ki, bu şirkətlərdən hələ heç biri ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasının keyfiyyəti baxımından Apple şirkətinin tələblərini qarşılaya bilmir. Apple şirkətinin ilk qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur. Bəzi insayderlərin fikirlərinə əsasən bu, 2026-cı ildən tez olmayacaq. Bəziləri isə düşünürlər ki, qatlana bilən iPhone modeli 2027-ci ildə təqdim oluna bilər. Hər halda şirkətin ilk qatlana billən smartfonunun ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını əldə edəcəyi də dəqiq deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?
Apple Intelligence üçün iPhone-da minimum hansı həcmdə daxili yaddaş istifadə ediləcək?
Apple şirkətinin bir müddət əvvəl istifadəyə vermiş olduğu iOS 18 özündə süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemini birləşdirmir. Bu ekosistem yalnız iOS 18.1 çərçivəsində istifadəyə veriləcək.
iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
iPhone 16-dakı Camera Control düyməsinin əvəzlənməsi üçün smartfonun bütün gövdəsini əvəzləmək lazım gələcək
Apple şirkəti iPhone 16 smartfonlarını təqdim edərkən bu smartfonların tərkiblərində Camera Control adlı yeni fiziki düyməni də təqdim etdi.
iPhone 16 Pro-nun ekranında ciddi problemlər yaranıb: Bəzi toxunuşları aşkar edə bilmir!
iPhone 16 Pro-nun ekranında ciddi problemlər yaranıb: Bəzi toxunuşları aşkar edə bilmir!
iPhone 16 Pro-nu alan bir çox istifadəçi, cihazın sensor ekranında problem yaşadığını və bəzən işləmədiyini bildirib. Lakin testlərdə bu problemin avadanlıqla deyil, proqram təminatından qaynaqlana biləcəyi ortaya çıxıb.
iPhone 17 Pro modelləri ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni əldə etməyəcəklər
iPhone 17 Pro modelləri ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni əldə etməyəcəklər
iPhone 17 seriyasının gələn il təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.
iPhone 17 və iPhone 17 Air modellərinin vacib ekran özəllikləri açıqlanıb
iPhone 17 və iPhone 17 Air modellərinin vacib ekran özəllikləri açıqlanıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfon seriyasına tamamilə yeni model daxil olacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ