Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
Süni İntellekt
14.03.2024
Emil Nəcəfov
Honkonqun Insilico Medicine şirkəti bildirib ki, onun süni zəkanın köməyi ilə yaratmış olduğu dərman preparatının insanlar üzərində kliniki testlərinə icazə verilib. Məlumatda qeyd edilib ki, süni zəkanın köməyilə yaradılmış dərman preparatı idiopatik ağciyər fibrozu xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. Dərman hal-hazırda ABŞ və Çindəki xəstəxanalarda ümumilikdə 60 nəfər pasient üzərində test edilir. Insilico Medicine şirkəti bildirib ki, sözügedən dərman preparatının hazırlanmasına cəmi 18 ay vaxt sərf edilib. Adətən isə yeni dərman preparatlarının hazırlanmasına illərlə zaman lazım olur. İdiopatik ağciyər fibrozu xəstəliyi yüksək yaş kateqoriyasına daxil olan insanların həyatlarına son qoyur və bu xəstəliyin təbiəti barəsində hələ də bir məlumat yoxdur.
Bu xəstəliklə üz-üzə gələn insanlar ağciyər çatışmazlığından əziyyət çəkirlər və nəticədə həyatlarını itirirlər. Honkonqda 2012-ci ildə Aleksandr Aleksandroviç Javoronkov tərəfindən təsis edilmiş Insilico Medicine şirkəti öz fəaliyyətinin əvvəlindən molekulların sintezi üçün generativ süni zəka modellərindən istifadə etməyə başlayıb. İlk öncə tədqiqatçılar fərdi süni zəka platformasında alqoritmə ağciyərlərdə destruktiv proseslərdən cavabdeh olan hədəflərin təyin edilməsini öyrədiblər. Bunun üçün fibroz barəsində olan məlumatlardan istifadə edilib. Bu xəstəlik toxumaların qalınlaşmalarına və ya onlarda yara izlərinin əmələ gəlməsinə şərait yaradır. Bu isə öz növbəsində ağciyərlər də daxil olmaqla digər orqanların elastikliklərini aşağı salır.
Fibroz xroniki iltihablara gətirib çıxaran qocalma prosesi ilə sıx əlaqəlidir. Tədqiqatçıların aparmış olduqları analiz nəticəsində TNIK adlı zülal müəyyən edilib və bu zülal əsas antifibrotik hədəf qismində çıxış edib. Növbəti mərhələdə lazımi dərman preparatının hazırlanmasına namizəd olan 80 ədəd molekulun yaradılması üçün generativ kimyəvi alqoritmdən istifadə edilib. 80 ədəd namizəd arasında mütəxəssislər INS018_055 adlı inhibitoru (fizioloji və fiziki-kimyəvi proseslərin gedişini ləngidən və ya saxlayan maddələrin ümumi adıdır) seçiblər. Nəticədə bu inhibitor əsasında müvafiq dərman preparatı hazırlanıb və onun farmokoloji özəllikləri 60 nəfər pasient üzərində yoxlanılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
ABŞ-ın robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startapı insana bənzər robotların imkanlarının genişləndirilməsi mövzusunda OpenAI şirkəti ilə əməkdaşlığının ilk nəticələrini sərgiləyib.
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub
Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub
Maximum Truth saytı böyük dil modelləri əsasında çalışan 12 müxtəlif çat-botun testlərini aparıb. Aparılmış testlər nəticəsində məlum olub ki, məşhur ChatGPT hal-hazırda tanınan çat-botlar arasında ən ağıllısı deyil.
Apple proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş generativ süni zəka üzərində çalışır
Apple proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş generativ süni zəka üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti tərtibatçılara proqram təminatı kodunun yazılmasında yardımçı olacaq generativ süni zəka texnologiyasının hazırlanma prosesini yekunlaşdırmaq üzrədir.
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.
Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
Hərbi simulyasiyalarda süni zəka nüvə silahından istifadəyə üstünlük verib
ABŞ-ın bir neçə universitetinin mütəxəssisləri hərbi əməliyyatlar ilə bağlı simulyasiyalarda müxtəlif süni zəka modellərini test ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ