Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Süni İntellekt
07.08.2024
Farid Pardashunas
Süni intellekt şirkətlərinin təlim məlumatları kimi istifadə etdiyi məzmun və platformalar mübahisələrə səbəb olur. İndi isə Nvidia-nın süni intellekt üçün Netflix və YouTube videolarından istifadə etdiyi bildirilir.
Məlumatlara görə, Nvidia, kommersiya xarakterli süni intellekt layihələri hazırlamaq üçün işçilərindən YouTube, Netflix və digər platformalardan video yükləmələrini istəyir. Bildirilir ki, şirkət, Omniverse 3D kimi xidmətlərini inkişaf etdirmək üçün platformalardan çıxarılan videolardan istifadə edir. Digər tərəfdən Nvidia, etdiklərinin müəllif hüquqları qanununun hərfinə və ruhuna tam uyğun olduğunu vurğulayır.
YouTube isə şirkətlərin bu münasibətindən məmnun deyil. CEO Neal Mohan, şirkətlərin süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından istifadə etməyin platformanın qaydalarına açıq şəkildə zidd olduğunu söyləmişdi. Şirkətin sözçüləri də bu açıqlamaya diqqət çəkməkdə davam edirlər. Bu arada, Nvidia-nın təkcə YouTube və Netflix videolarından deyil, həmçinin MovieNet film treyler bazasından, video oyun görüntülərinin daxili kitabxanalarından, Github video verilənlər bazası WebVid və InternVid-10M-dən də icazəsiz istifadə etdiyi bildirilir. Bu verilənlər bazasında on milyonlarla məzmun var.
Nvidia-nın süni intellekt xidmətlərini öyrətdiyi iddia edilən bəzi məlumatların yalnız akademik, yəni kommersiya istifadəsi üçün uyğun olmayan klasterlər olduğunu da qeyd etməliyik. Bundan əlavə, şirkətin YouTube tərəfindən aşkarlanmamaq üçün IP ünvanlarını dəyişən virtual maşınlardan istifadə edərək məzmunları endirdiyi də deyilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube reklam bloklayıcılarının istifadəçilərinə qara ekran sərgiləyir
YouTube reklam bloklayıcılarının istifadəçilərinə qara ekran sərgiləyir
YouTube reklam bloklayıcılarından istifadə edən istifadəçilər ilə mübarizə aparmağa davam edir.
YouTube-da "körpə əmizdirmə təhsili" adı altında senzurasız videolar paylaşan qadın, trend olub!
YouTube-da "körpə əmizdirmə təhsili" adı altında senzurasız videolar paylaşan qadın, trend olub!
YouTube-da ana südü ilə qidalanmaya yönəlmiş senzurasız videolar paylaşan bir kanal, sosial medianın trend mövzusuna çevrilib. İstifadəçilər, YouTube-un bu cür videolara necə icazə verdiyini sorğulayıblar. Maraqlı isə odur ki, kanal yalnız dünən açılıb və bir gündə 600 mindən çox baxış əldə edib.
Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
Uzun müddətdir Apple tərəfindən son istifadəçilərə təqdim edilməsi gözlənilən yeni nəsil süni intellekt modeli "Apple Intelligence" ilə bağlı çox maraqlı xəbərlər ortaya çıxıb. Buna uyğun olaraq, ABŞ-ın texnologiya nəhəngi, süni intellekt modelini öyrətmək üçün internetdən, xüsusilə YouTube-da videolardan istifadə edirmiş.
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir.
Las-Veqasdakı Sphere adlı nəhəng kürə formalı ekran NVIDIA-nın qrafik prosessorları hesabına çalışırmış
Las-Veqasdakı Sphere adlı nəhəng kürə formalı ekran NVIDIA-nın qrafik prosessorları hesabına çalışırmış
NVIDIA-nın heç gözlənilmədən vermiş olduğu məlumata əsasən Las-Veqasda fəaliyyət göstərən Sphere adlı kürə formalı nəhəng ekranın çalışmasında onun qrafik prosessorları iştirak edirlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!