main-post-cover

    YouTube reklam bloklayıcılarının istifadəçilərinə qara ekran sərgiləyir

    Sosial Media
    26.07.2024
    Emil Nəcəfov
         YouTube reklam bloklayıcılarından istifadə edən istifadəçilər ilə mübarizə aparmağa davam edir. Məlum olub ki, dünyanın ən məşhur video servisi bu istiqamətdə yeni texnologiyanı tətbiq edir. Tətbiq edilən texnologiya isə istifadəçilərə bloklanmış reklam elanları əvəzinə qara ekranı sərgiləyir. Reddit istifadəçilərinin sözlərinə əsasən sərgilənən qara ekranın sərgilənmə müddəti 6-20 saniyə təşkil edir. Güman olunur ki, bu, videoya reklam elanının yerləşdirilməsi texnologiyasının birbaşa serverə inteqrasiyası ilə bağlıdır. Belə olduğu halda reklam elanı videonun özünün bir hissəsinə çevrilir və nəticədə bu cür reklamı ötürmək qəlizləşir. YouTube özü bu texnologiya barəsində hər hansısa bir fikir bildirməyib. Ayın məsələdir ki, bu cür strategiya sayəsində video servis istifadəçiləri YouTube Premium abunəliyinə qoşulmağa sövq edir. Reklamsız video izləmə özəlliyi isə məhz YouTube Premium-da aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube-da "körpə əmizdirmə təhsili" adı altında senzurasız videolar paylaşan qadın, trend olub!
    youtube-da-korpe-emizdirme-tehsili-adi-altinda-senzurasiz-videolar-paylasan-qadin-trend-olub
    Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
    apple-suni-intellekt-modellerini-oyretmek-ucun-youtube-videolarindan-icazesiz-istifade-edirmis
    YouTube, artıq deepfake məzmunlu videoları siləcək!
    youtube-artiq-deepfake-videolarini-silecek
    YouTube, Premium abunəçiləri üçün 5 yeni funksiyasını təqdim edib!
    youtube-premium-abunecilerine-5-yeni-funksiyasini-teqdim-edib
    VPN vasitəsilə daha ucuz qiymətə əldə edilmiş YouTube Premium abunəlikləri ləğv edilir
    vpn-vasitesile-daha-ucuz-qiymete-elde-edilmis-youtube-premium-abunelikleri-legv-edilir