Apple, süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından icazəsiz istifadə edirmiş!
Süni İntellekt
17.07.2024
Farid Pardashunas
Uzun müddətdir Apple tərəfindən son istifadəçilərə təqdim edilməsi gözlənilən yeni nəsil süni intellekt modeli "Apple Intelligence" ilə bağlı çox maraqlı xəbərlər ortaya çıxıb. Buna uyğun olaraq, ABŞ-ın texnologiya nəhəngi, süni intellekt modelini öyrətmək üçün internetdən, xüsusilə YouTube-da videolardan istifadə edirmiş.
Bildiyiniz kimi, heç bir süni intellekt modeli son istifadəçiyə istifadəyə hazır və “tamamlanmış” formada təqdim edilmir. Bu mənada modellərin daim fərqli məzmunlarla qidalanması və öyrədilməsinə davam edilməsi lazımdır. Bu şəkildə onlar daha sabit olurlar. Bu gün ortaya çıxan xəbərlərə görə, Apple və digər şirkətlər, video yaradıcılarının icazəsi olmadan süni intellekt modellərini öyrətmək üçün YouTube videolarının məzmunundan istifadə ediblər.
Bu yeni hesabata görə, üçüncü tərəf şirkəti (ehtimal ki, Apple ilə müqaviləsi olan EleutherAI adlı şirkət) 170 mindən çox videodan götürülmüş altyazılardan ibarət fayl yaradıb. Bu videolara uzun müddətdir texnoloji rəylər verən Marquees Brownlee (MKBHD) və gecə komediyaçıları Stephen Colbert və Cimmy Kimmel-in məzmunları daxildir. Apple kimi böyük şirkətlər EleutherAI tərəfindən yaradılan, görüntü ehtiva etməyən videoların düz mətn altyazılarından ibarət “YouTube Subtitles” adlı verilənlər bazasından da istifadə edirdilər. Bu dəstdə süni intellektin təlimini sürətləndirən yapon, alman və ərəb kimi dillərə tərcümələr də daxildir. Təbii ki, indiki mərhələdə görülən işlərin nə dərəcədə etik olması çox mübahisəli məsələdir. Bu məsələ ilə bağlı Avropa Birliyinə əvvəllər məruzə edilmiş bir neçə halda belə məzmunun süni intellektin hazırlanmasında istifadə oluna biləcəyi barədə qərarlar qəbul edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 18, iPadOS 18 və macOS Sequoia-da itmiş və ya zədələnmiş media faylların bərpası funksiyası təqdim edilib
iOS 18, iPadOS 18 və macOS Sequoia-da itmiş və ya zədələnmiş media faylların bərpası funksiyası təqdim edilib
Apple şirkəti iOS 18 üçün nəzərdə tutulmuş yeni faydalı funksiyanı təqdim edib. Təqdim edilmiş funksiya itmiş və ya zədələnmiş foto və videoları bərpa etməyə imkan verəcək.
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
FBI, Trump-a sui-qəsd hazırlayan cinayətkarın telefon şifrəsini sındıra bilməyib!
Ötən həftə Donald Trump-a qarşı sui-qəsd cəhdini həyata keçirmək istəyən şəxs, FBI tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Lakin FBI, şəxsin telefon şifrəsini sındıra bilməyib
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!
Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb.
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS üçün ilk rəsmi PC emulyatorunu təsdiqləyib!
Apple, iOS platformasında yeni bir yeniliyə imza ataraq ilk rəsmi PC emulyatoru olan UTM SE-ni təsdiqləyib. Bu inkişaf, iPhone istifadəçilərinə öz cihazlarında köhnə proqram təminatı və oyunları işə salmağa imkan verəcək.
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Tim Cook, Apple Vision Pro ilə nələr etdiyini açıqlayıb!
Apple CEO-su Tim Cook, başlığı yeni bazarlarda tanıtmaq üçün hər gün Vision Pro-dan istifadə etdiyini və bunun onun gündəlik həyatının bir hissəsi olduğunu söyləyib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!