main-post-cover

    GPT-4-ün təlimatlandırılmasında YouTube videolarından istifadə edilib

    Süni İntellekt
    08.04.2024
    Farid Pardashunas
         OpenAI şirkəti YouTube-dakı milyonlarla saat müxtəlif videoların deşifrələnməsi üçün mətnin transkripsiyası alqoritmi olan Whisper-dən istifadə edib. Şirkət YouTube videolarını özünün GPT-4 böyük dil modelinin təlimatlandırılmasında istifadə edib. The New York Times-ın vermiş olduğu məlumata əsasən öz böyük dil modelinin təlimatlandırılması üçün lazımi keyfiyyətli məlumatlar OpenAI-da hələ 2021-ci ildə tükənib. Problemi həll etmək üçün şirkət Whisper adlı alqoritmi hazırlayıb.
         Bu alqoritm videoların, podkastların və audio kitabların deşifrələnməsi üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, GPT-4-ün təlimatlandırılmasında istifadə edilmiş YouTube videolarının seçilməsi və yığılmasında şirkətin prezidenti Greg Brockman şəxsən iştirak edib. YouTube platformasının sahibi olan Google bildirib ki, razılaşdırılmamış şəkildə platformadan kontentlərin yığılması və yüklənməsi qəti qadağandır. Google təmsilçisi bildirib ki, öncədən hər hansısa razılaşma olmadan məlumatların bu üsul ilə istifadəsinin qarşısını almaq üçün texniki və hüquqi tədbirlər şirkət tərəfindən görülür.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sora neyron şəbəkəsi öz ilk klipini tərtib edib (VİDEO)
    sora-neyron-sebekesi-oz-ilk-klipini-tertib-edib-video
    Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq
    hec-bir-sms-tesdiqe-ve-hesaba-sahib-olmadan-chatgpt-den-istifade-etmek-mumkun-olacaq
    GPT-5-in təlimatlandırılması mövzusunda məlumat çatışmazlığı problemi yaşanır
    gpt-5-in-telimatlandirilmasi-movzusunda-melumat-catismazligi-problemi-yasanir
    OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
    openai-istenilen-sexsin-sesini-klonlasdiran-yeni-texnologiyasini-anons-edib
    Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
    microsoft-openai-ile-birge-100-milyard-dollar-deyerinde