Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq
Proqram Təminatı
03.04.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncəyə kimi ChatGPT-dən istifadə etmək üçün OpenAI hesabı açmaq lazım idi. İndi isə şirkət öz məşhur çat-botundan daha sadə şəkildə faydalanmağın yolunu elan edib. Belə ki, yaxın zamandan başlayaraq artıq hamı hətta OpenAI hesabına sahib olmadığı halda da ChatGPT-nin pulsuz versiyasından istifadə edə biləcək. Bu yenilik həmçinin OpenAI xidmətlərinin dəstəklənmədikləri ölkələrdəki istifadəçilər üçün də üstünlük olacaq. Daha öncə OpenAI hesabının yaradılması üçün xarici telefon nömrələrindən istifadə etmək lazım gəlirdi.
Belə ki, qeydiyyat prosesini təsdiqləmək şərt idi. Lakin OpenAI hesabı olmadan ChatGPT-dən istifadənin də bəzi mənfi tərəfləri var. Belə ki, istifadəçi çat-bot ilə danışıqlarının tarixçəsini digər cihaza köçürə bilməyəcək. Bununla belə istifadəçinin çat-botla yarıda qoymuş olduğu istənilən dialoq silinəcək. Onu da qeyd etmək lazımdır ki, OpenAI hesabı olmayan istifadəçi çat-botun ödənişli versiyası olan ChatGPT Plus-a abunə ola bilməyəcək. OpenAI şirkətinin bu yeniliyi tədricən istifadəçilər arasında aktivləşdirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
GPT-5-in təlimatlandırılması mövzusunda məlumat çatışmazlığı problemi yaşanır
GPT-5-in təlimatlandırılması mövzusunda məlumat çatışmazlığı problemi yaşanır
Yaxın zamanda neyron şəbəkələrinin sürətli inkişaf tempinin ləngimə ehtimalı var. The Wall Street Journal-ın hesabatına əsasən böyük dil modellərinin təkmilləşdirilməsi üçün OpenAI və Google kimi şirkətlərə böyük həcmli məlumatlar lazımdır.
OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
OpenAI şirkəti yeni innovasiyalı texnologiyasını təqdim edib. Şirkətin yeni texnologiyası Voice Engine adlanır.
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI şirkətləri öz aralarında olan sıx əməkdaşlığı davam etdirirlər.
ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir
ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir
The New Yorker saytının vermiş olduğu məlumata əsasən məşhur çat-bot olan ChatGPT gün ərzində 200 milyon sorğuya cavabın tərtib olunması üçün böyük miqdarda elektrik enerjisi sərf edir.
OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək
OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək
OpenAI şirkəti keçən ay Sora adlı neyron şəbəkəsini təqdim etdi. Bu neyron şəbəkə mətn formatında təsvirlər əsasında realistik videoların tərtibatı üçün nəzərdə tutulub.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!