DeepSeek startapı süni zəka sahəsini alt-üst edib
Süni İntellekt
27.01.2025
Emil Nəcəfov
High-Flyer adlı fondun sahibi olan çinli milyarder Liang Wenfeng süni zəka sahəsində fəaliyyət göstərən DeepSeek adlı startapı işə salıb. Sözügedən startap məhdud büdcə və texniki resurs şəraitində aparıcı süni zəka modellərinin hazırlanması ilə məşğul olur və digərlərindən fərqli olaraq bunu necə etdiyi barəsində ətraflı məlumat verir. Bu mövzuda şirkət ABŞ-ın süni zəka sahəsində fəaliyyət göstərən nəhənglərini belə geridə qoyaraq bazarı alt-üst edib. Keçən həftə DeepSeek şirkəti məntiq yürüdə bilən R1 adlı süni zəka modelini istifadəyə verdi. Bu süni zəka modeli vacib testlərdə OpenAI şirkətinin məntiq yürüdə bilən o1 adlı süni zəka modelini belə geridə qoya bilib.
Bununla yanaşı DeepSeek az vəsait sərf etməklə kənar insanın iştirakı olmadan özü-özünü təlimatlandırmağı və inkişaf etdirməyi bacaran böyük dil modelini necə yaratmaq lazım olduğuna dair təlimatı da bölüşüb. Məntiq yürüdə bilən süni zəka modellərinin hazırlanması mövzusunda liderlər arasında OpenAI və Google DeepMind-dır. OpenAI öz növbəsində dekabr ayında o1 adlı süni zəka modelinin tam versiyasını istifadəyə vermişdi. Lakin şirkət onun yaradılması prosesinin təfərrüatlarını açıqlamır. DeepSeek-in R1 adlı süni zəka modelinin istifadəyə verilməsi belə bir sualı ortaya qoydu. ABŞ-ın süni zəka sahəsində böyük resurslarla təmin olunmuş şirkətləri texnoloji üstünlüyü özlərində saxlaya biləcəklərmi?
Liang Wenfeng hələ 2021-ci ildə özünün kənar süni zəka layihəsi üçün NVIDIA-nın minlərlə qrafik prosessorunu almağa başladı. Həmin vaxtda onun əsas iş yeri kimi High-Flyer fondu qeyd edilirdi. O, NVIDIA-nın 10 000 ədəd qrafik prosessorundan təşkil edilmiş sistemi işə salan zaman heç kim onu ciddiyə almırdı. Wenfeng bildirirdi ki, o, oyunun qaydalarını dəyişmək istəyir. Lakin hamı hesab edirdi ki, bunu yalnız ByteDance və Alibaba kimi nəhənglər edə bilərlər. O, High-Flyer fondunda milyardlarla dollar sərvətini şirkət səhmlərinin qiymətlərinə təsir göstərən qanunauyğunluqların axtarılıb tapılmasında süni zəkadan və alqoritmlərdən istifadə etməklə qazanıb.
Onun komandası ticarət səhmlərində NVIDIA çiplərindən istifadə edərək yüksək nəticələr əldə edib. Nəticədə Wenfeng 2023-cü ildə DeepSeek startapını işə saldı və insan zəkası səviyyəsində süni zəkanın yaradılması məqsədini elan etdi. Çin şirkətləri üçün süni zəka çiplərinə olan yolu məhdudlaşdırmış ABŞ sanksiyaları belə DeepSeek-in işini çətinləşdirmədi. Belə ki, şirkət mühəndisləri hətta yeni olmayan qrafik prosessorların da potensiallarını necə ortaya qoymaq lazım olduğunu yaxşı bilirdilər. Qeyd etmək lazımdır ki, şirkət kənar mənbələrdən vəsait cəlb etməyib və öz süni zəka modellərinin monetizasiyası üçün heç bir addım atmayıb. Şirkətin əsas fəaliyyət sahəsi tədqiqat və mühəndislik işləridir.
Məlumata əsasən özünün 671 milyard parametrdən təşkil edilmiş süni zəka modellərindən birinin təlimatlandırılması üçün şirkət sadəcə 2048 ədəd NVIDIA H800 süni zəka sürətləndiricisindən və 5.6 milyon dollar vəsaitdən istifadə edib. Bunlar OpenAI və Google şirkətlərinin eyni miqyasda olan süni zəka modellərinin təlimatlandırılması üçün sərf etdikləri resursların çox kiçik bir hissəsidir. Mütəxəssislər etiraf edirlər ki, Çində həqiqətən də məhdud resurslara sahib şərtlər altında süni zəka modellərini necə təlimatlandırmaq və işə salmaq lazım olduğunu yaxşı bilən mütəxəssislər mövcuddur. Lakin mütəxəssislər həmçinin qeyd ediblər ki, süni zəka sahəsinin daimi inkişafı çərçivəsində DeepSeek-in belə səviyyədə rəqabəti qoruyub saxlaya biləcəyinə heç bir zəmanət yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka 97%-lik dəqiqliklə ağciyər xəstəliklərini təyin etməyi öyrənib
Süni zəka 97%-lik dəqiqliklə ağciyər xəstəliklərini təyin etməyi öyrənib
Süni zəka artıq aktiv şəkildə tibb sahəsində istifadə edilir. Mütəxəssislər onun vasitəsilə müxtəlif yeni dərman preparatlarını hazırlamağa və müxtəlif xəstəliklərin müalicə üsullarını təyin etməyə çalışırlar.
Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
Donald Trump, Stargate adlı irimiqyaslı süni zəka layihəsini anons edib
ABŞ-ın yeni prezidenti Donald Trump, Stargate adlı süni zəka layihəsini anons edib. Bu, OpenAI, SoftBank və Oracle şirkətlərinin rəhbərlərinin yaradacaqları şirkət olacaq.
Süni zəka yaxın illərdə böyük şirkətlərdə iş yerlərinin ixtisarına səbəb olacaq
Süni zəka yaxın illərdə böyük şirkətlərdə iş yerlərinin ixtisarına səbəb olacaq
Ümumdünya İqtisadi Forumun (WEF) mütəxəssisləri iş proseslərinə süni zəkanın inteqrasiyasının ehtimal olunan nəticələri barəsində hesabatı təqdim ediblər.
Süni zəkanın səhvləri elmi kəşflərə səbəb ola bilər
Süni zəkanın səhvləri elmi kəşflərə səbəb ola bilər
İnandırıcı şəkildə saxta və uydurulmuş məlumatları tərtib etməyi bacaran süni zəka alimlərin əllərində əvəzedilməz alətə çevrilə bilər.
Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
Microsoft və OpenAI şirkətləri öz aralarında gələcəkdə ola biləcək ümumi süni zəkanın (AGI) kriteriyalarını təyin edəcək razılaşmanı əldə ediblər.
Həftənin xəbərləri
Samsung Galaxy S25, S25+ və S25 Ultra təqdim olunub - QİYMƏTİ
Bu il nazik gövdəli smartfonların ili olacaq